"PARA" BOKT audit hesabatını açıqlayıb | Banco.az

"PARA" BOKT audit hesabatını açıqlayıb

"PARA" BOKT 2023-cü il üzrə audit hesabatını açıqlayıb.

Banco.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin sonunda "PARA" BOKT-un faiz gəlirləri 5 milyon 207 min manat, faiz xərcləri isə 1 milyon 157 min manat olub.

Kredit təşkilatının xalis faiz gəlirləri ötən il ərzində 4 milyon 51 min manat təşkil edib. 

Təşkilat ötən ilin sonuna 21 milyon 109 min cəmi aktivlərə, 29 milyon 266 min manat isə nizamnamə kapitalına malik olub. Aktivlərin 12 milyon 134 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 4 milyon 71 min manata bərabər olub.

2023-cü ildə "PARA" BOKT  işçi heyətinə 282 min manat, inzibati xərclərə isə 1 milyon manat xərcləyib. 

Hesabatla daha ətraflı tanış olmaq üçün keçid edin: Hesabat

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1991-2016-cı illərdə fəaliyyət göstərən "Parabank"ın hüquqi varisi olan "PARA" BOKT adı ilə 2016-cı ildən etibarən "bank olmayan kredit təşkilatı" (BOKT) kimi fəaliyyət göstərir. Təşkilata İdarə Heyətinin Sədri Elnur Quliyev rəhbərlik edir. 


Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et