"Özünü tapmaq haqqında" kitab, Jan Belivou | Banco.az

"Özünü tapmaq haqqında" kitab, Jan Belivou

Onun hekayəsindən hələ də xəbərdar olmayan insanlar olsa da, o, öz hekayəsi ilə bilənlərin marağını və rəğbətini qazanmağı bacarmışdır. Söhbət öz evini, işini, həyat yoldaşını və uşaqlarını sırf dünyanı piyada dolaşmaq arzusu ilə tərk edən 45 yaşlı Kanada vətəndaşından gedir. Onun bu səyahəti təşkil etməkdə məqsədi aid olduğu yeri müəyyənləşdirmək,  dünyanın bügünki vəziyyətini və insanların davranışlarını dərk etmək idi. Səyahəti ona düşündüyündən daha çox şey qazandırdı.

Jan Belivou 46 yaşını Kosta-Rikonun paytaxtında, 47 yaşını Çilinin şimalında, 48 yaşını Cənubi Afrikada, 49 yaşını Efiopiyada, 50 yaşını Əlcəzairin şimalında qarşılamışdır. Sonra o, Avropa (Portuqaliya, Böyük Britaniya, Almaniya, keçmiş Yuqoslaviya torpağı) üzrə hərəkət etməyə başladı. Bosfor boğazından keçərək yolunu davam etdirdi və Türkiyə, İran,  Hindistan, Nepal, Cənubi Koreya, Yaponiya, Filippin, İndoneziya, Avstraliya, Yeni Zelandiya kimi ölkələrin ərazilərindən keçdi.

Ən sərfəli kredit üçün müraciət et

Nəhayət, 11 il 2 aydan sonra o, 64 ölkənin ərazisindən keçərək, 75553 km. məsafə qət etdi.

Səyahətinə sadə araba ilə və demək olar ki, çox az pul götürməklə başlamışdı. O, ürəkdən inanırdı ki, ətrafdakı insanlar onu dəstəkləyəcək, dünya onu ac və susuz buraxmayacaq. Hər şey onun düşündüyü kimi oldu.

Hal-hazırda "Özünü tapmaq haqqında" kitab həm səyahəti sevən və yeniliklər axtarışında olan, həm də ətraf aləmi, dünyanı dərk etməyə can atan insanlar üçün xüsusi maraq kəsb edir.