Öyrənilməsi ən çətin olan dillər | Banco.az

Öyrənilməsi ən çətin olan dillər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın bir çox ölkələrinin özünəməxsus dili var. Hazırda ən çox danışılan dil ingilis dili olaraq bilinir. Dil öyrənmək üçün müəyyən qədər vaxt lazımdır. Bəzən dil öyrənmək üçün aylar, bəzən isə illərlə vaxt lazım olur. Çətin olduğu üçün bir dili öyrənmək bizdən vaxt və səy tələb edə bilər. 

Bu məqalədə öyrənilməsi çətin olan populyar dillərdən danışacağıq (Qeyd etdiyimiz dillər qədər öyrənilməsi digər çətin olan lakin az bilinən dillər də var).

Çin

Çin dili müxtəlif qaydalara malik bir dildir. Dünya əhalisinin təxminən beşdə biri Çin dilində danışır. Ancaq bu dili öyrənmək olduqca çətindir. Çox fərqli yazılış və hərflərə malik olan Çin dili dünyanın ən çətin dillərindən biri kimi bilinir.

Ərəb

Ərəb dili çox qədim dillərdən biridir. Ərəb dilində hərflər çox vaxt fərqli hərflərə çevrildiyi üçün sözlərin mənaları dəyişə bilər. Geniş bir coğrafiyaya yayılan bu dil əksər yerlərdə fərqli şəkildə danışılır. Belə olduğu üçün ərəb dili başa düşülməsi çətin bir dilə çevrilib.

Vyetnam

Vyetnamın milli dili olan Vyetnam dili ən çətin dillərdən biridir. Çin dilinə bənzər xüsusiyyətlərə malik olan bu dil söz ehtiyatının çoxunu Çin dilindən götürüb. Bu dil həm də müxtəlif işarə və intonasiyalara malik bir dildir.

Alban

Ən sərfəli kredit üçün müraciət et

Bu dildə ilk dəfə Monteneqroda danışılmağa başlanıb. Sonralar İtaliya və Yunanıstanın qədim icmalarında da danışılıb. Qədim dil olan alban dili çətin dillərdən biri kimi hesab edilir.

Yapon

Yapon dili Çin dili kimi çox çətin bir dildir. Dünyada 100 milyondan çox insan bu dildə danışır. Mürəkkəb sistemə malik olduğu üçün ən çətin dillərdən biridir.

Macar

Macarıstanın rəsmi dilidir. Ural dil ailəsinə aid olan bu dil Ukrayna, Serbiya, Slovakiya, Rumıniya kimi ölkələrdə danışılır. Macar dilində müxtəlif mənalı hərf və sözlərin olması səbəbilə bu dil dünyanın ən çətin dillərindən biri hesab olunur. 

Koreya dili

Dil ailələri arasında Koreya dili bütün dünya dillərindən təcrid olunmuş bir quruluşa malikdir. Koreya dilini asanlaşdıra biləcək yeganə şey dilin yazılmasının məntiqini başa düşməkdir. Əgər bu məntiqi qura bilmirsinizsə, bu dili öyrənmək sizin üçün tamamilə çətin olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram