Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə Azərbaycanda elektron bankçılıq üzrə aparılan əməliyyatların həcmini açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, ötən il ölkədə internet bankçılıq üzrə 227 milyard 679 milyon manat həcmində 21 milyon 208 min əməliyyat aparılıb.
Bu, illik müqayisədə müvafiq olaraq 14,6% az və 11,9% çoxdur.
2023-cü ildə mobil bankçılıq üzrə aparılmış əməliyyatların sayı 2,4 dəfə artaraq 290 milyon 799 min manata, həcmi isə 2 dəfə artaraq 46 milyard 249 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!