“Oracle” İspaniyaya 1 milyard dollardan çox sərmayə qoyacaq | Banco.az

“Oracle” İspaniyaya 1 milyard dollardan çox sərmayə qoyacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük proqram təminatı istehsalçılarından olan, Amerikanın “Oracle” şirkəti, önümüzdəki 10 il ərzində İspaniyada süni intellekt və bulud hesablamalarına 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu, “Oracle”ın Madriddəki üçüncü bulud mərkəzi olacaq və şirkət bu layihə çərçivəsində “Telefonica Espana” ilə əməkdaşlıq edəcək.

İnvestisiya müştərilərə, o cümlədən böyük maliyyə xidmətləri sektorunun nümayəndələrinə, kritik  iş yüklərini məlumat mərkəzlərindən yeni Oracle Bulud İnfrastrukturuna (OCI) köçürməyə imkan verəcək.

Şirkət bildirib ki, sərmayə ölkədə süni intellekt və bulud xidmətlərinə sürətlə artan tələbatın ödənilməsinə, həmçinin bütün Avropada süni intellektə əsaslanan xidmətlərin inkişafına təkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et