Onlayn biznesə necə başlaya bilərik? | Banco.az

Onlayn biznesə necə başlaya bilərik?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Əgər onlayn biznes qurmaq istəyir və bunu necə edəcəyinizi bilməyirsinizsə, oxuyacağınız məqalə məhz sizin üçün nəzərdə tutulub.

Banco.az sizə onlayn biznesə başlamaqda faydalı olacaq bəzi tövsiyələr təqdim edir.

Hazırda dünyada yüzlərlə insan öz şəxsi biznesini qurmaq istəyir, lakin ya işə necə başlamaq lazım olduğunu bilmir, ya da maliyyə baxımından çətinlik yaşayır. Dürüst olmaq lazımdırsa, deyə bilərik ki, başlanğıcda böyük məbləğdə vəsaitinizin olmaması daha əlverişli hesab olunur, çünki, kifayət qədər təcrübəyə sahib olmadan həmin vəsait internet dələduzlarının əlinə keçə bilər.

Bu bir faktdır ki, insanların çoxu həqiqətən də başlanğıcda nə edəcəklərini bilmirlər və nəticədə tezliklə uğursuzluğa düçar olurlar.

Bəs necə başlamaq lazımdır:

Onlayn biznes qurmağa başlamaq üçün bilməli olduğunuz 3 əsas nüans mövcuddur.

1. İdeya fikirləşin və tapın

Hər şey ideya tapmaqla başlayır. Əgər söhbət onlayn biznesdən gedirsə, siz insanların xüsusən marağına səbəb olacaq bir ideya fikirləşməliniz. İnsanların hansı məhsullara təlabatının və marağının olduğunu müəyyənləşdirdikdən sonra bu sahədə öz onlayn biznesinizi qura və həmin məhsulları sata bilərsiniz.

Hazırda mövcud olan bütün onlayn və oflayn biznes sahələrini araşdırın və onların necə fəaliyyət göstərdiyinə fikir verin. Görəcəksiniz ki, hamısı insanların təlabatına uyğun fəaliyyət göstərir. İnsanlar nə istəyirlərsə, biznes sahibləri də məhz onu təklif edirlər. Bu, onlayn biznesin əsas məqsədidir.

Xüsusi bir maraq sahəniz, hobbiniz və ya hansısa işdə təcrübəniz varmı? Əgər varsa, siz bunu onlayn biznesə çevirə bilərsiniz.

Bəs əgər ağlınıza maraqlı bir ideya gəlmirsə, onda necə? Narahatlığa heç bir əsas yoxdur. Bu halda onlayn bizneslə məşğul olan digər şəxslərin məhsullarını tanıtmaqla təcrübə qazana bilərsiniz.

2. Vebsayt

Hər bir onlayn biznes quran şəxsin öz məhsullarını tanıda biləcəyi və müştərilərin sizinlə daha asan əlaqə yarada biləcəyi vebsaytı olmalıdır. Vebsayt sizə imkan yaradır ki, xüsusi ofisə ehtiyac duymadan öz evinizdən və ya internet bağlantısı olan istənilən yerdən biznesinizlə məşğul ola biləsiniz. Bir çox mütəxəssislər sizdən vebsayt yaratmaq üçün böyük məbləğdə vəsait tələb edə bilərlər. Lakin biz sizə pulunuza qənaət etməyi və vebsaytı məhz özünüzün yaratmağınızı tövsiyyə edirik.

Ən sərfəli kredit üçün müraciət et

Son illərdə vebsayt yaratmaq təsəvvür etdiyinizdən daha asandır və bunun üçün tələb olunan məbləğ olduqca azalıb və hətta siz heç bir məbləğ ödəmədən belə vebsayt yarada bilərsiniz. Doğru proqramdan istifadə etməklə bir neçə dəqiqədə peşəkar vebsayt yarada bilərsiniz.

Pulsuz, çox az səy göstərməklə vebsayt yarada biləcəyiniz proqramın linkini sizinlə bölüşürük: https://bit.ly/2JlQOoz

3. Müvafiq təlim keçmək

Bu sonuncu nüans sizin bu işi bacarıb bacarmayacağınızı müəyyən edir.

Müvafiq təlim dedikdə onlayn biznesə başlamağın düzgün üsullarını hərtərəfli öyrənmək və daimi gəlirinizi təmin edəcək pulu qazanmaq nəzərdə tutulur.

Sizə onlayn biznesə başlamağın ən düzgün üsullarını öyrədəcək yeganə qanuni sayta bu linkə daxil olmaqla keçid edə bilərsiniz (https://bit.ly/2JlQOoz). Bu təşkilat sizə şəxsi ideyanızı necə biznesə çevirə biləcəyinizi öyrədəcək və lazimi vebsaytın yaradılmasını təmin edəcək.

Bütün nüanslara diqqət yetirin və başlayın.

Uğurlar!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram