Ölkə iqtisadiyyatına kredit qoyuluşu 17% artıb | Banco.az

Ölkə iqtisadiyyatına kredit qoyuluşu 17% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-ci il dekabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23 milyard 618 milyon manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin oktyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 1,8% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 16,8% və ya 3 mlrd. 400 mln. manat artıb. Belə ki, 2022-ci ilin dekabr ayının 1-nə kredit qoyuluşlarının həcmi 20 mlrd. 218 mln. manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et