Ölkə əhalisinin 10,8 faizi pensiyaçılardır | Banco.az

Ölkə əhalisinin 10,8 faizi pensiyaçılardır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artırılaraq 1652,1 milyon manata çatdırılıb. 

Banco.az DSK-ya istinadən xəbər verir ki, sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib.

2024-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1097,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,2 faizi yaşa, 23,5 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. 

Qeyd edək ki, ötən ilin eyni dövründə Dövlət Sosial Müdafiə Fondunda 1101,9 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ki, bu da ölkə əhalisinin 10,9 faizini təşkil edirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et