Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin mart ayının əvvəlinə Azərbaycan bankları 641.7 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 1.9 dəfə, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 16,8% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği bu ilin yanvar ayının əvvəlində 3 milyard 492 milyon manata, fevral ayının əvvəlində isə 321 milyon manata bərabər olub.
Bu dövrdə kreditlər üzrə faiz gəlirləri isə 482.2 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!