Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin 1 fevral tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 12 milyard 831 milyon manat olub.
Banco.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Məlumata görə, yanvarda fiziki şəxslərin depozitləri 2% və ya 249.1 mln. manat artıb.
Fiziki şəxslərin depozitlərinin 7 milyard 113 milyon manatı (55.4%) müddətli, 5 milyard 718 milyon manatı isə tələbli depozitlər olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə banklarda fiziki şəxslərin əmanətləri 11 milyard 686 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!