"Nvidia" dünyanın ən bahalı şirkət statusunu itirdi | Banco.az

"Nvidia" dünyanın ən bahalı şirkət statusunu itirdi

Nvidia-nın dünyanın ən dəyərli şirkəti statusunda qalması uzun sürmədi.

Banco.az xəbər verir ki, həftənin əvvəlində ilk dəfə Microsoft və Apple-ı ötən yarımkeçirici nəhəngin səhmləri bir neçə gün ərzində 7 faiz ucuzlaşıb.

Nəticədə 3,3 trilyon dollara çatan Nvidia-nın bazar dəyəri 200 milyard dollardan çox azalıb.

Treyderlər qeyd edirlər ki, eniş üçün heç bir fundamental səbəb yox idi.

AJ Bellin baş investisiya direktoru qeyd edib ki, bunlar birjada normal dalğalanmalardır: 

"Belə böyük şirkətlər onları məhv edə və ya bazar dəyərinə yüz milyonlarla, hətta milyardlarla dollar əlavə edə bilər".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkət bir il ərzində dəyərini üç dəfə artırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et