2006-cı ildə iki Harvard professoru niyə işlərimizi daha sonraya buraxdığımızı araşdırmağa başladı. Nəticələr yaxşı olsa belə, işlərimizi niyə təxirə salırıq?
Bu suala cavab vermək üçün iki professor – Todd Rogers və Maks Bazerman bir araşdırma apardılar. İştirakçılardan maaşlarının 2%-nin qənaət olunacağı bir plana qoşulmaq istəyib-istəməyəcəyləri soruşulmuşdu. Demək olar ki, hər bir iştirakçı qənaət etmək fikrinin yaxşı bir fikir olduğunu bildirdi, amma davranışları başqa cür söyləmişdi.
Sualın bir variantında iştirakçılardan qənaət planına ən qısa müddətdə qoşulub-qoşulmayacaqları soruşuldu. Bu ssenaridə iştirakçıların yalnız 30%-i planda iştirak etməyə razılıq verdi.
Sualın digər versiyasında iştirakçılardan uzaq gələcəkdə (bu gündən etibarən bir il ərzində) qənaət planına qoşulub-qoşulmayacaqları soruşuldu. Bu ssenaridə iştirakçıların 77%-i planda iştirak etməyə razılıq verdi.
Zaman aralığı niyə cavablarını bu qədər dəyişdi?
Göründüyü kimi, bu kiçik eksperiment davranışımızı niyə təxirə saldığımıza dair çox şey izah edəcəkdir.
İndiki sizə qarşılıq gələcəkdəki siz
İndiki özümüzə çox əhəmiyyət verməyə və gələcəkdəki özümüzə kifayət qədər əhəmiyyət verməməyə meyl edirik. Seçimlərimizin dəyəri görünənə qədər indinin faydalarını düşünürük.
Məsələn:
Şokolad yeməyin nəticəsi göz qabağındadır (zövq hissi) və idman etməkdən qaçmağın nəticəsi isə bir neçə ay sonra aydın olur.
Bu gün pul xərcləməyin nəticəsi aydındır (yeni bir iPhone!) və təqaüd vaxtına investisiya qoymağı unutmağın dəyəri isə yalnız illər sonra aydın olur.
Ancaq uzaq gələcəkdə bu kimi problemləri düşünsək seçimlərimiz dəyişər. Bir ildə kilolu olmaq istəyirsiniz, yoxsa sağlam olmaq və müntəzəm olaraq idman etmək istəyirsiniz? Uzunmüddətli perspektivdə seçmək asandır, amma bu gün bir seçim etməliyiksə, uzunmüddətli nəticələrə əhəmiyyət vermirik və səmərəsiz davranışın faydalarını çox qiymətləndiririk.
Bəs bu barədə nə edə bilərik?
Qətiyyətsizliyə cavab
Həyatınızdakı təxirə salmaları aradan qaldırmaq və daha dəqiq uzunmüddətli seçim etmək istəyirsinizsə, indiki özünüz gələcəkdəki özünüz üçün ən yaxşı şəkildə hərəkət etməlidir.
Üç əsas seçiminiz var:
- Uzun müddətli davranışların mükafatlarını sürətləndirmək
- Təxirə saldığınız işlərin xərclərini daha tez ödəmək
- Təxirə salmağınıza səbəb olan şeyləri həyatınızdan çıxarmaq
Hamısını nəzərdən keçirək:
1 – Uzun müddətli davranışların mükafatlarını sürətləndirmək
Niyə işlərimizi təxirə salırıq sualına cavab olaraq, ağlımızın tez fayda əldə etmək istəməsidir. Uzunmüddətli seçimlərin faydalarını sürətləndirmək üçün bir yol tapsaq, təxirə salmağın qarşısını almaq daha asan olar. Bunun bir yolu gələcəkdə alacağınız faydaları təsəvvür etməkdir. Arıqladığınız təqdirdə həyatınızın necə olacağını düşünün. Əvvəlcədən gələcəyiniz üçün pula qənaət etməyin nə üçün vacib olduğunu düşünün. Gələcəyin nəticəsi indi varmış kimi düşünün.
2 – Təxirə salmağın xərclərini daha tez ödəmək
Təxirə salmağın xərclərini sonradansa daha tez ödəməyə məcbur etməyin bir çox yolu var. Məsələn, növbəti həftəyə təxirə salmaq həyatınıza çox təsir etməyəcək. Yalnız bir dəfə getmədiyiniz üçün sağlamlığınız qısa müddətdə pisləşməyəcəkdir. Həftələrlə və ya hətta aylarla tənbəl olsanız, gecikmənin nəticəsi ağırdır. Ancaq növbəti bazar ertəsi səhər 7-də dostunuzla idman salonuna getməyə qərarlısınızsa, idmanı təxirə salmağın nəticəsi çox daha tez olar. Yaxud davranışınıza bahalı bir iddia verə bilərsiniz. (buraxdığım hər məşqə görə dostuma 20 manat ödəyəcəyəm)
3 – Təxirə salmağınıza səbəb olan şeyləri həyatınızdan çıxarmaq
Davranışı dəyişdirməyin ən güclü yolu ətrafı dəyişdirməkdir. Bunun düzgünlüyünü qiymətləndirmək üçün proqnozlaşdırılan nəticələrə ehtiyac yoxdur. Ətrafınızda daha yaxşı seçimlər varsa, düzgün seçim etmək asanlaşır. Diqqətinizi dağıdan şeyləri ətrafınızdan uzaqlaşdırın və daha yaxşı seçimləri olan bir mühit yaradın.
markzone.az
Bizi sosial şəbəkələrdən izləyin!!