Dünya Kuboku yaxınlaşdıqca sponsorların ən böyük futbol hadisəsini qeyd etmək üçün həyata keçirdikləri anlaşmalara daha çox rast gəlirik.
Bu sahədəki növbəti anlaşma isə şəxsi emoji yaratma proqramı olan "Bitmoji" ilə forma sporluğunu üzərlərinə götürən iki nəhəng marka “Nike” və “ Adidas” arasında imzalandı.
Dünya kubokunun başlamasına bir həftə vaxt varkən, futbol həvəskarlarının həyəcanını daha da artıran bir xəbər var. Idman dünyasının ən çox tanınan iki markası “Nike” və “Adidas” güclərini “Bitmoji” ilə birləşdirir.
Bu iki marka futbol aləminin ən məşhur hadisəsini qeyd etmək üçün şəxsi emoji hazırlayan proqram olan “Bitmoji” ilə bağladıqları sazişə əsasən bütün futbol azarkeşlərinə öz cizgi film avatarlarını dəstəklədikləri komandaya müvafiq olaraq yarada biləcəkləri xüsusi bir paket hazırladılar.
Bu paketdəki rənglər hər markanın sponsor olduğu komandalara görə dəyişir. Ingiltərə üçün rəsmi “Nike” paketi hazırlandığı halda, “Adidas” ın rəsmi paketi sponsorluq etdiyi Almaniya üçün hazırlanmışdır.
Digər rəsmi “Adidas” paketləri İspaniya, Belçika, İsveçrə, Argentina, Kolumbiya, Meksika, Yaponiya və Misir, rəsmi “Nike” paketləri isə Fransa, Polşa, Portuqaliya, Səudiyyə Ərəbistanı, Xorvatiya, Nigeriya, Avstriya və Cənubi Koreya üçün hazırlandı.
Futbol azarkeşlərinin həm coşğulu həm də yaradıcı olduğunu vurğulayan “Bitmoji” nin yaradıcısı Ba Blackstock, “Adidas” və “Nike” əməkdaşlığı ilə hazırlanan bu dəstləri öz milli komandasını dəstəkləmək istəyənlər üçün futbola qarşı olan sevgilərini göstərə biləcəkləri “yeni bir yol” olaraq şərh etdi.
“Futbol azarkeşləri minlərlə cizgi film avatarları və 3D xüsusiyyəti içərisindən istədiklərini seçərək Dünya Kuboku haqqında düşündüklərini dərhal dostları ilə bölüşə biləcəklər.”
“Snapchat” proqramı vasitəsilə “Bitmoji” lərin paltarını formalarla yeniləyə bilər, daha sonra isə azarkeşlik etdiyiniz komandanın rənglərini avatarınızın üzərində sponsorluq razılaşmasına bağlı olaraq “Nike” və ya “Adidas” loqoları ilə görə bilərsiniz.
Tamara Mustafayeva, banco.az