Müəllif: Tamara Mustafayeva, Banco.az
“Netflix” media sahəsindəki uğurunun səbəblərini və 2024-cü ildə bu uğurunu necə artırmağı planlaşdırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, populyar onlayn yayım platforması olan “Netflix” artıq təkcə ekranlarda deyil, sosial mediada, ictimai nəqliyyatda və küçələrdəki reklam lövhələrində də qarşımıza çıxır.
Belə ki, məhz bunlar tamaşaçıları cəlb etmək üçün mühüm üsullardır və “Netflix”in liderliyinin açarlarıdır.
Hazırki media dünyasında auditoriyanı cəlb etmək və mövcud auditoriyanı diqqət mərkəzində saxlamaq olduqca çətindir. Ancaq, “Netflix” bu baxımdan kifayət qədər uğurludur.
“Netflix”in cəlbediciliyinin bu qədər yüksək olmasının səbəblərindən biri onun tamaşaçıları izləməyə inandırmaq üçün çoxlu sayda alətlərdən istifadə etməsidir. Bu heç də kiçik məsələ deyil. Belə ki, platformada mindən çox məzmun mövcuddur.
Şirkət 2024-cü ildə keçmiş layihələri platformada yenidən yayımlayaraq və yeni məzmun istehsal etməyə davam edərək cari məzmun sayını artırmağı planlaşdırdığını açıqlayıb.
“Netflix” rəqib şirkətlərin ən böyük çatışmazlığının məzmunun tapılmasındakı çətinlik olduğunu deyir. Odur ki, tamaşaçıların film və ya serial seçərkən diqqətlərinin çox tez dağılmasına görə tətbiqi tez-tez tərk etdiyini anlayan şirkət alqoritmini fərdi olaraq yeniləyən proqram hazırlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!