Nazir: "Biz hazırıq ki, güzəştli kreditdə 1 faizimizdən də imtina edək" | Banco.az

Nazir: "Biz hazırıq ki, güzəştli kreditdə 1 faizimizdən də imtina edək"

““Diqlas” ticarət mərkəzinin yanması nəticəsində zərər çəkmiş sahibkarlardan müraciət edən olarsa Sahibkarlığın İnkişafı Fondu vasitəsilə çox ucuz şərlərlə kredit ayıra bilərik”.

Bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Fondun güzəştli kreditləri kifayət qədər ucuzdur. Bilirsiniz ki, kredit faizinin 4%-i banklara, 1%-i Sahibkarlığın İnkişafı Fonduna aiddir. Biz hazırıq ki, 1%-dən də imtina edək. Yəni, 1% də Sahibkarlığın İnkişafı Fondu tərəfindən alınmayacaq. Bu Dövlət başçısının niyyətidir. Hansı ziyançəkən sahibkar müraciət etsə ona banklar vasitəsilə uzunmüddətli kredit təqdim ediləcək”,- nazir deyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 5%-dir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et