Naxçıvanda kreditləşmənin həcmi yanvarda azalıb | Banco.az

Naxçıvanda kreditləşmənin həcmi yanvarda azalıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 11,24 mln. manatdan çox kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 16,1% azdır.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, verilən kreditlərin 1,14 mln. manatdan çoxu və yaxud 10,2%-i qısamüddətli, 10 mln. manatdan çoxu və yaxud 89,8%-i uzunmüddətli kreditlər olub.

Fevralın 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 92981-ə çatıb ki, bunun da 80916-sı və ya 87%-i aktiv hesablardır. 2021-ci ilin yanvar ayında açılan 2619 bank hesabının 2618-i aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 fevral 2021-ci il tarixə 1417-yə çatıb.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et