Müsahibə zamanı geyiminizdə qaçmalı olduğunuz 7 nüans | Banco.az

Müsahibə zamanı geyiminizdə qaçmalı olduğunuz 7 nüans

İşə qəbul olmağın vacib mərhələlərindən biri işəgötürəndə ilkin təəssüratın ürəkaçan olmasını təmin etməkdir. Bu təssüratı isə intervyu zamanı sizin geyiminiz yaradır. Buna görə də iş üçün müsahibəyə gedərkən mütləq geyiminizə diqqət yetirməlisiniz. Bunun üçün qarderobunuzu yeniləməyə ehtiyac yoxdur. Məsləhətlərimizə əməl etsəniz müsahibə zamanı daha inamlı və peşəkar təssürat oyatmış olarsınız.

Əksəriyyətimiz rəsmi görüşlərdə adətən hansı geyimlərə üstünlük verildiyini bilirik. Lakin bu dəfə əksinə geyinməməli olduğunuz 7 predmeti diqqətinizə çatdıracağıq.

  1. Qırmızı və açıq geyimlər. HR menecerlər arasında aparılan sorğuların nəticəsi göstərir ki, onlar müsahibə zamanı geyimin rənginə çox önəm verirlər. Əksər hallarda cəlbedici rənglərə qadınlar daha çox üstünlük verir. Geyimin rəngi ilə yanaşı, forması da böyük əhəmiyyətə malikdir. Qısa və dekolte geyimlər arzuolunmazdır. Bu təkcə pis görüntü yaratmır həmçinin oturaq vəziyyətdə olduğunuz üçün də komfortlu sayılmır. Əgər qırmızı və ya digər cəlbedici rəngdə paltar geyinəcəksinizsə, çalışın açıq-saçıqlığa yol verməyəsiniz.
  2. Kəskin ətir. Müsahibəyə gedərkən kəskin iyli odekolon və ya ətirdən istifadə etməyin. Çünki, işəgötürəndə belə qoxulara qarşı allergiya ola bilər.
  3. Qulaqcıqlar. Səliqəylə ütlənmiş rəsmi geyimdə qulaqcıqlar xoş olmayan götüntü yaradır. Əgər müsahibəyə gedərkən, yol boyu musiqiyə qulaq asacaqsnızsa, çalışın ofisə daxil olmazdan əvvəl qulaqcıqlarınızı çıxarasınız.
  4. Təsadüfi geyimlər. Əgər müsahibə yay fəslinə təsadüf edibsə, bu zaman geyim seçmək bir qədər çətinləşir. Təbii ki, heç kəs isti havada qapalı, rahat olmayan geyimlər geyinmək istəməz. Lakin bu sizə imkan vermir ki, profesionallıqdan uzaqlaşıb: şort, başmaq və ya qolsuz köynək geyinəsiniz.
  5. Ayaq geyimi çox önəmlidir. Ola bilər ki, sizinin qarderobunuzdakı geyimlər müasir trendlə uzlaşmır və ya siz uzun müddət peşəkar iş fəaliyyətindən uzaqda qalmısınız, buna görə də bədxərclik etmədən iş görüşünə getməzdən əvvəl geyiminiziə əl gəzdirməyiniz heç də pis olmaz. Rəsmi geyimlə idman ayaqqabısı və ya digər həsir və ya parça kimi materiallardan hazırlanmış ayaq geyimini uyğunlaşdırmaq heç də düzgün olmazdı.
  6. Ifrat makiaj. Iş görüşməsinə həddən artıq tünd göz kölgəsi, parlaq dodaq boyası və qalın kirşan istifadə edərək getmək yolverilməzdir. Məqsəd Hollivud ulduzları kimi valehedici yox, gümrah və şux görünməkdir.
  7. Rəngarəng qalstuk. Əgər kifayət qədər ciddi və peşəkar imic yaratmaq istəyirsinizə, onda yenilik etmək cəhdi uğursuz alına bilər. Üstündə müxtəlif irihaşiyəli naxışlar və şəkillər olan qalstuk geyinməyin. Zolaqlı və sadə naxışlı ənənəvi qalstuklar əla seçim ola bilər.
  8. Aksesuarların sayını azaldın. Bu məsləhət hər iki cinsin nümayəndəsinə aiddir. Iri sırğalar, zəncir və böyük ölçülü boyunbağılar, metal üzük və ləl-cəvahirat və s. xanımların işgüzar görüntüsünə xələl gətirə biər. Kişilər bəzək əşyalarından bir qədər uzaqa olsalar da, nəzərə çarpan və rəngli kəmər və qol düymələrini kənara qoysalar yaxşı olar.

Nə geyinməyinizdən asılı olmayaraq, çalışın müsahibə zamanı məsuliyyətli və işgüzar görüntünü təmin edəsiniz. Yəni geyiminiz, danışığınızdan daha az diqqətə çarpan olsa yaxşıdır.

Ən sərfəli kredit üçün müraciət et