“Müqaviləsi bitən müştəriyə SMS” – Təklif | Banco.az

“Müqaviləsi bitən müştəriyə SMS” – Təklif

Azərbaycanda sığorta şirkətləri ilə icbari sığorta müqaviləsi bağlayan insanlara müqavilə müddəti bitdikdə xəbərdarlıq edilməsi təklif olunur. Bu təkliflə Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF) “Atasığorta” şirkətinin idarə heyətinin sədr müavini Orxan Məmmədov çıxış edib. Onun sözərinə görə, xəbərdarlıq SMS formasında İcbari Sığorta Bürosu tərəfindən edilə bilər. Bu məsələ müştərilərlə şirkətlər arasında yaranan lazımsız mübahisələrə son qoya bilər.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az