Müəllif: Tamara Mustafayeva, Banco.az
Multimilyonçuların ən çox yaşadığı şəhərlər müəyyən edilib.
Banco.az xəbər verir ki, “Henley & Partners” və “New World Wealth” tərəfindən hazırlanan hesabata görə, dünyada sərvəti 100 milyon dollardan çox olan 29 min 350 insan yaşayır.
Sözügedən 29 min ultra varlı şəxsin ən çox üstünlük verdiyi 10 şəhər siyahılaşdırılıb.
Ən çox multimilyonçuya ev sahibliyi edən şəhər Nyu-York olub. 2024-cü ilin araşdırmasına görə, Nyu-Yorkda 744 multimilyonçu yaşayır.
Siyahının digər şəhərləri isə aşağıdakı kimidir:
San Fransisko Körfəz Bölgəsi - 675
Los-Anceles - 496
London - 370
Pekin - 347
Sinqapur - 336
Şanxay - 322
Honkonq - 320
Çikaqo - 290
Paris - 286
Bizi sosial şəbəkələrdən izləyin!!