31 mart 2018-ci il tarixinə maliyyə hesabatlarını açıqlayan Muğanbank-ın zərərdə olduğu məlum olub. Belə ki, bankın zərəri 2 mln. manata yaxın - 1 mln. 824 min manat olub.
Sözügedən tarixə bankın cəmi aktivləri 489 mln. 286 min manat, cəmi öhdəlikləri 422 mln. 94 min manat təşkil edib. Aktivlərin tərkibində nağd pul vəsaitləri, 12 mln. 20 min manat, Mərkəzi Bank-a qarşı tələblər 32 mln. 898 min manat, başqa banklarda müxbir hesablarındakı məbləğlər 16 mln. 473 min manat, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği isə 342 mln. 613 min manat olub.
2018-ci ilin ilk rübündə bankın cəmi kapitalı 67 mln. 192 min manat təşkil edib. Qeyd edək ki, bankın nizamnamə kapitalı 85 mln. manat, bölüşdürülməmiş xalis zərəri isə 19 mln. 334 min manatdır.