Müəllimlər üçün ipoteka təklifi | Banco.az

Müəllimlər üçün ipoteka təklifi

“Müəllimlər də güzəştli ipotekdan yararlanan kateqoriyaya daxil edilsin”.

Bu təkliflə deputat Qənirə Paşayeva parlamentdə cari məsələlərin müzakirəsi zamanı çıxış edib. 

O qeyd edib ki, yerlərdə müəllimlərlə görüş zamanı onlar bunu bizdən istəyirlər: “İlkin olaraq ən azı 20 il stajı olan müəllimlərin bundan yararlanması mümkün olsa yaxşı olardı. Çünki gənc müəllimlər  sosial mənzil layihəsindən yararlana bilərlər. Amma  çox stajlı müəllimlər güzəştli ipotekadan yararlana bilsələr yaxşı olar. Bu onlar üçün ən böyük bayram hədiyyəsi olardı”.

Ən sərfəli kredit üçün müraciət et

© Qafqazinfo

Ən sərfəli krediti almaq üçün müraciət et