“MoneyPolo” pul köçürmə sisteminin fəaliyyəti ölkədə dayandırıldı! | Banco.az

“MoneyPolo” pul köçürmə sisteminin fəaliyyəti ölkədə dayandırıldı!

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir. Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Banco.az- a verdiyi məlumata görə, Palata tərəfindən aparılan araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsini və bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılmağı ilə bağlı tapşırıq verilmişdir.

 

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az[email protected] ünvanına müraciət edə bilərlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et