Mobil Bankinq üçün banklar nə qədər xidmət haqqı tutur? | Banco.az

Mobil Bankinq üçün banklar nə qədər xidmət haqqı tutur?

Əgər əvvəllər müştərilər bankları sadəcə kredit və depozit faizlərinə görə seçirdisə və ya evlərinə ən yaxın olan banka getməyi üstün tuturdusa, hazırda müştərilər bankın texnoloji nailiyyətləri tətbiq etməsi, onlayn, sms bankinq, mobil bankinq, cash in xidmətlərinin tətbiqi kimi xüsusiyyətlərə əhəmiyyət verirlər. Bütün bunlar insanların öz vaxtlarını  daha düzgün qiymətləndirmək niyyəti ilə bağlıdır.

Bu xidmətlər içərisində mobil bankinq ən vacib yerlərdən birini tutur. Belə ki, indi hamı öz işini elə telefondaca həll etməyə maraqlıdır. Mobil bankinq sizə hansı imkanları təklif edir.

  • Kommunal xidmətlərin ödənişi
  • Mobil operator xidmətlərinin ödənişi
  • İnternet provayderlər xidmətlərinin ödənişi
  • Pulun kartdan karta köçürülməsi
  • Kartın bloklaşdırılması
  •  Hesabdan çıxarışın alınması
  • Kartın balansı haqqında informasiyanın alınması

Sistemin üstünlükləri

  • • Əməliyyatların real vaxt rejimində həyata keçirilməsi
  • • Yerləşdiyi yerdən və vaxtdan asılı olmaması
  • • SİM kart dəyişmədən xidmətə qoşulma imkanı
  • • Banka müraciət etmədən qoşulma imkanı
  • • İstənilən mobil operator nömrəsi ilə qoşulma imkanı

Bəs banklar tərəfindən Mobil Bankinq xidmətindən istifadəyə nə qədər xidmət haqqı tutulur?

Bank

İllik xidmət haqqı

(AZN)

AccessBank

pulsuz

AFB Bank

pulsuz

AGBank

pulsuz

Amrahbank

10

ASB Bank

pulsuz

Atabank

pulsuz

Azər Türk Bank

pulsuz

Bank Avrasiya

pulsuz

Bank BTB

pulsuz

Bank of Baku

pulsuz

Bank Respublika

pulsuz

Bank Silk Way

8

Beynəlxalq Bank

pulsuz

Kapital Bank

pulsuz

Muğanbank

pulsuz

NBC Bank

pulsuz

Nikoil Bank1

pulsuz

Paşa Bank

pulsuz

Rabitəbank

pulsuz

Turanbank

12

Unibank

pulsuz

VTB Bank Azərbaycan

pulsuz

Xalq Bank

10

Yapı Kredi Bank Azərbaycan

pulsuz

Ən sərfəli kredit üçün müraciət et

- Nikoil Bank-ın Visa Platinum kartında Mobile Banking xidməti pulsuz təqdim olunur,digər kartlarda isə İllik xidmət haqqı 10 AZN təşkil edir.İnternet Banking isə hər bir kartda İllik xidmət haqqı 10 AZN təşkil edir