Milyonlarla pulu oğurlayıb Bitcoin-ə çevirdilər | Banco.az

Milyonlarla pulu oğurlayıb Bitcoin-ə çevirdilər

“Associated Press”-in xəbərinə görə, İspaniya polisi dünya səviyyəsindəki maliyyə təşkilatlarından 1.24 milyard dollardan artıq pul oğurlayan və daha sonra bunu Bitcoin-ə çevirdiyi iddia edilən Rusiya və Ukrayna vətəndaşları olan kiber cinayətkarlar dəstəsini ələ keçirib.

İspaniya polisi və “Europol” tərəfindən verilən açıqlamaya görə, cinayətkar şəbəkənin lideri Denis K. və rusiyalı və ukraynalı digər 3 nəfər İspaniyanın Alisante şəhərində yaxalanıb. Kibercinayətkarlar 5 il ərzində dünyanın müxtəlif ərazilərindəki maliyyə təşkilatlarından 1.24 milyon dollar oğurlayıb.

Cinayətkarların 100-dən artıq maliyyə qurumunda 10 milyon dollardan artıq soyğunçuluq etdiyi bildirilir. Məlumata görə, Rusiyada 50-dən artıq bank bu soyğunların qurbanı olub.

Kiber cinayətkarların planı belədir: bank rəsmilərinə göndərilən pis məqsədli proqramlar ehtiva edən e-poçtlar nəticəsində işçilərin şəxsi məlumatlarını ələ keçirən cinayətkarlar bu formada bank sisteminə daxil olurlar. Sistemə nəzarəti ələ alan şəbəkə ATM-lərdən istifadə edərək pulları mənimsəyir.

Yayılan xəbərlərdə qruplaşmanın pulları Bitcoin-ə çevirdikləri və həmin kriptovalyutaların İspaniyada əmlak və avtomobil almaq üçün istifadə olunduğu iddia edilir.

2018-ci ilin fevralında Tayland polisi kiber cinayətkarlara qarışdığı səbəbiylə Sergey Medvedev adlı Rusiya vətəndaşını həbs etmişdi. Medvedevin beynəlxalq cinayət təşkilatının ikinci əsas üzvü olduğu qeyd edilmişdi. Yaxalandığı zaman 100 min Bitcoin-in sahibi olduğu Medvedev “Dark Web”-dən oğurlanmış kredit kartları, şəxsi məlumatlar və hökumətlərə sənədləri satmaq üçün istifadə edirmiş.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az