5 yaşındakı uşaq, çox sadə bir üsulla Xbox Live-ın səhfini aşkara çıxardı və Microsoft-dan gözəl bir geri dönüş aldı.
Kristoffer Von Hassel adlı bu beş yaşındakı uşaq, atasının Xbox Live hesabının şifrəsini səhv girərək daxil olmağı bacardı. Şifrə hissəsində yalnız 'boşluq' düyməsinə basan Kristoffer, Xbox Live-dakı bir səhfi də tapmış oldu. Vəziyyəti görən hesabın sahibi, yəni atası, Microsoft-la əlaqə yaratdı. Microsoft isə dərhal geri dönüş edərək Kristofferi təbrik edib 50 $, 4 oyun və bir illik Xbox Live Gold üzvlük paketi hədiyyə etdi.
Kristofferin atasının bildirdiyinə görə, Kristofer əvvəllər də 3 dəfə oyunun səhfini tapmışdır.
Günel Abduraxmanova / Banco.az