"Microsoft" şirkəti İspaniyaya 2 milyard avro investisiya yatıracaq | Banco.az

"Microsoft" şirkəti İspaniyaya 2 milyard avro investisiya yatıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Microsoft" süni intellektin tətbiqi üçün 2024 və 2025-ci illərdə İspaniyaya 1 milyard 950 milyon avro sərmayə qoyuluşu planlaşdırır.

Banco.az xəbər verir ki, “Microsoft”un prezidenti Bred Smit Madriddə İspaniyanın baş naziri Pedro Sançeslə görüşündən sonra "X" hesabında açıqlama verib.

Baş nazirlik mənbələri həmçinin qeyd ediblər ki, ABŞ texnologiya şirkəti tərəfindən qoyulan investisiyanın məqsədi rəqəmsal innovasiya və süni intellektin istifadəsini təşviq etmək üçün infrastruktur xidmətləri olacaq.

37 ildir İspaniyada fəaliyyət göstərən "Microsoft"un edəcəyi investisiya çərçivəsində paytaxt Madriddə “bulud əsaslı məlumat mərkəzi” və ölkənin şimalındakı Araqon bölgəsində “Məlumat mərkəzi şəhərciyi” açmağı planlaşdırdığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

İspaniyanın rəsmi xəbər agentliyi "EFE" "Microsoft"un sərmayəsinin 2026-2030-cu illərdə İspaniyanın Ümumi Daxili Məhsuluna 8,4 milyard avro töhfə verəcəyini və 69 min nəfər üçün məşğulluq yaratmasının gözlənildiyini yazıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram