"Microsoft" şirkəti 2015-ci ilin aprelində yeni "Windows 9" sistemi bazara çıxarmağı planlaşdırır.
Məlumata görə, bu informasiyanı "Windows IT Pro" nəşrinin redaktoru Pavel Turkott öz bloqunda yazıb.
Turkott bildirib ki, "Windows 9" sisteminin hazırlanması ilə bağlı rəsmi məlumatın korporasiyanın tərtibatçılar üçün aprelin 2-4-də ABŞ-da keçiriləcək “Build 2014” tədbirində veriləcəyi gözlənilir. Hazırda yeni sistemdə hansı dəyişikliklərin ediləcəyi barədə məlumat verilmir. Ancaq bəzi məlumatlara görə, “Microsoft” əlavələrin və interfeysin yaxşılaşdırılması üzərində iş aparacaq. Həmçinin, ABŞ korporasiyasına məxsus əməliyyat sistemində “Start” düyməsinin tam şəkildə yer alacağı gözlənilir.
Qeyd edək ki, şirkətin son məhsulu "Windows 8"in 2012-ci ilin oktyabrında bazara çıxarılıb. Amma "IDC” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin yekunları üzrə “Windows”un planşetlər bazarında payı 3,4 faizi ötməyib.
milli.az