Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il aprelin 1-nə 5,508 mln. ABŞ dolları təşkil edib.
“Report” AMB-yə istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 120,7 mln. dollar və yaxud 2,24% çoxdur.
İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 173,4 mln. dollar və yaxud 3,25%, son 1 ildə isə 1 075,3 mın. dollar və yaxud 24,26% artıb.