Mərkəzi Bank tərəfindən “POS-terminal” haqqında animasiya hazırlanmışdır | Banco.az

Mərkəzi Bank tərəfindən “POS-terminal” haqqında animasiya hazırlanmışdır

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin əsas icraçı kimi bilavasitə Mərkəzi Bankın müəyyən edildiyi “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci Strateji hədəfinin icrası və eləcə də  ölkədə maliyyə savadlılığı səviyyəsinin artırılması fəaliyyəti davam etdirilir.

Bankdan banco.az-a verilən məlumata görə, mərkəzi Bank tərəfindən 2011-ci ildən etibarən icra edilən əhalinin maliyyə savadlılığının artırılması tədbirləri 2015-ci ildən etibarən mahiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, Mərkəzi Bank tərəfindən bu məqsədlə yaradılmış maliyyə savadlılığı portalında (www.bizimpullar.az) mütəmadi olaraq yeni maarifləndirici animasiyalar yerləşdirilir. Qeyd olunan maarifləndirici materiallardan biri kimi hazırlanan “POS-terminal” adlı animasiyada nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyini nəzərə alaraq nağdsız ödənişlərin üstünlüyü və pos-terminaldan istifadə qaydaları ətraflı izah edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Videoçarxa aşağıdakı linkdə baxa bilərsiniz:

https://bizimpullar.az/popup/media/119?cat=Blocks

Xatırladırıq ki, Portal istifadəçilərin mobil cihaz və yaxud kompüter vasitəsilə hər anda rahat şəkildə maariflənməsinə xidmət edir. Portalda iqtisadiyyat və maliyyə sahəsində informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, virtual muzey və məktəblilər üçün rubrika yer almışdır. Həmçinin, xəbərlər bölməsinə daxil olaraq Mərkəzi Bankın maliyyə savadlılığı istiqamətində həyata keçirdiyi tədbirlərlə tanış olmaq mümkündür

Ən sərfəli krediti almaq üçün müraciət et