Mərkəzi Bank kreditləşmə ilə bağlı tənzimləyici dəyişikliklər edib | Banco.az

Mərkəzi Bank kreditləşmə ilə bağlı tənzimləyici dəyişikliklər edib

Azərbaycan Mərkəzi Bankı (AMB) real sektorun kreditləşməsi ilə bağlı tənzimləyici dəyişikliklər edib.

Banco.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Mərkəzi Bankın məlumatına görə, iri layihələrin banklar tərəfindən maliyyələşməsini stimullaşdırmaq üçün xüsusi meyarlara cavab verən layihə maliyyələşdirilməsi kreditləri tam təminatlı kreditlər hesab edilib: "Bu kreditlər üzrə faizlərin ödənilməsi dövriliyinin müvafiq layihə müddətlərinə uyğun olduğu müəyyənləşdirilib. Bu dəyişikliklərlə layihə maliyyələşdirilməsi kreditləri üzrə ehtiyat yükü tənzimlənəcək, həmçinin bu növ kreditlər təminatsız kreditlər üzrə konsentrasiya limitindən istisna ediləcək. 

Həmçinin ekoloji təmiz avtomobillərin maliyyələşdirilməsinə verilmiş kreditlər üzrə borcalanın borc yükü ilə bağlı ehtiyatlanma tələbləri yumşaldılıb, biznes kreditləri üzrə təmin qismində çıxış edən istehsal, ticarət və digər xüsusi avadanlıqlara dair tələblər yumşaldılıb.

Ən sərfəli kredit üçün müraciət et

İstehlak kreditlərində isə borcun gəlirə nisbəti əmsalı müvəqqəti olaraq müəyyən edilə bilinməyən (xüsusilə, iş yerini itirmiş şəxslər) borcalanların restrukturizasiyası imkanı yaradılıb. Eyni zamanda, bununla əlaqədar bankın kredit risklərini minimallaşdırmaq üçün sərt təsnifləşdirmə tələbləri müəyyənləşdirilib". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et