Müəllif:Ayşən İmanova/Banco.az
“McDonald's” restoranlar şəbəkəsinin səhmləri ABŞ-də 50-yə yaxın insanın zəhərlənmə xəbərlərindən sonra 9% ucuzlaşıb.
Banco.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
Məlumata görə, ticarət sessiyasının bağlanışına eniş tempi 5,8%-ə qədər azalıb. Qiymətli kağızların dəyəri 18,25 dollar ucuzlaşaraq 296,44 dollar təşkil edib.
Qeyd olunur ki, sentyabrın sonundan oktyabrın 11-dək Kanzas, Kolorado, Missuri, Nebraska və Viskonsin kimi on ştatda zəhərlənmə halları qeydə alınıb.
Zərərçəkmişlərin əksəriyyəti “McDonald's”ın "Royal Cheeseburger" hamburgerini yediklərini bildirib. Zəhərlənmə ilə əlaqəli konkret inqrediyent hələ müəyyən edilməyib.
Şirkət bunun tədarükçülərin birindən aldığı soğan ilə bağlı ola biləcəyindən şübhələnir.