“McDonald's”ın gəliri proqnozları üstələdi | Banco.az

“McDonald's”ın gəliri proqnozları üstələdi

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük “fast-food”restoranlar şəbəkəsi olan “McDonald's” 2024-cü ilin üçüncü rübündə gəlirini 3% artırıb, xalis mənfəəti isə 3% azalıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir. 

Qeyd olunur ki, iyul-sentyabr aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 2,32 milyard dollara qarşı 2,26 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət 3,17 dollardan 3,13 dollara düşüb. Şirkətin rüblük gəliri 6,69 milyard dollardan 6,87 milyard dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

“McDonald's”ın qlobal müqayisəli satışları (bir ildən artıqdır ki, fəaliyyət göstərən restoranlar) iyul-sentyabr aylarında 1,5% azalıb. ABŞ-də bu rəqəm 0,3% artıb, xaricdə isə 2,1% azalıb.

Şirkət ötən rübün nəticələrinə əsasən hər səhmə 1,77 dollar dividend ödəyəcək.

Qeyd edək ki, “McDonald's” səhmləri çərşənbə axşamı bazar əvvəli ticarətdə 2,6% ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 0,1% artıb.