Martda banklar 498 milyon dollar alıblar | Banco.az

Martda banklar 498 milyon dollar alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 94,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (19 mart) müqayisədə 1,6 milyon dollar və ya 1,7% çoxdur.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, martda keçirilən 6 hərracda bankların dollar tələbi 498,3 milyon ABŞ dollar təşkil edib. 

Hərrac (mart ayı)

Tələb

28 mart

94,6 milyon dollar

19 mart

93 milyon dollar

14 mart

83,3 milyon dollar

12 mart

79,4 milyon dollar

7 mart

79,1 milyon dollar

5 mart

68,9 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram