Manhettenə aparan yol, göbələk plantasiyasından başladı | Banco.az

Manhettenə aparan yol, göbələk plantasiyasından başladı

Yan Purkayastxa – hindastan əsilli, gənc amerikalı biznesmendir. O 2012-ci ildə Regalis Foods şirkətini təsis edərək, özünün əkdiyi trüfel göbələyi satışı ilə milyonçu olmağı bacarıb. ABŞ-da ilk və yeganə trüfel plantasiyası məhz Yana məxsusdur. Biznesmeni Manhettenə "aparacaq" yol, göbələk plantasiyasından başladı.

14 yaşında olarkən, gələcək milyonçu ilk dəfə raviolinin dadına baxır. Yeməyin tərkibinə daxil olan göbələk Yana o qədər dadlı gəlir ki, həmin andan gənc göbələkləri çox sevir. Onlar haqqında bütün biliklərə yiyələnir və daim araşdırmalar aparır. 

Bir dəfə internetdə araşdırma apararkən Yan, trüfelin – nadir və bahalı delikates kimi restoranlarda populyar olduğunu və eyni zamanda Fransadan importunun xeyli dərəcədə baha olduğunu öyrənir.

Ambisiyalı gənc, 2008-ci ildə ilk Tartufi Unlimited şirkətini təsis edərək, yerli restoranlara satmaq üçün göbələkləri Fransa və İtalyadan eBay vasitəsi ilə sifariş verməyə başlayırSatışdan əldə edilən vəsait isə növbəti hissənin alınmasına sərf edilirdi. Şirkət zərərlə fəaliyyət göstərsə də, Yan sevdiyi işdən imtina etmək istəmirdi. Beləliklə o, Arkanzasda plantasiya icarəyə götürərək trüfel göbələyi əkməyə qərar verir. 

Ən sərfəli kredit üçün müraciət et

Ümumi olaraq ilk məhsulun yetişməsi tam 4 illik vaxt və kifayət qədər əziyyət tələb edirdi. Lakin Yan görəcəyi işə inanaraq ABŞ-da ilk trüfel fermasının əsasını qoyur.

İlk məhsul yığımı inanılmaz dərəcədə, satış prosesini asanlaşdırır və xeyli qazanc əldə etməyə imkan verir imkan yaradır. Çünki, sifarişlər anında çatdırılır, əlavə rüsum və məhsul itkisinə yol verilmir. 

Yan, 40 milyonluq göbələk bazarına daxil olub, fəaliyyət göstərmənin çətinliyini bu işə olan sevgisi ilə aşa bilib. Bazarı araşdıracaq xüsusi marketinq şöbələri və təşviqat proqramı olmadan, bu sahədə kifayət qədər irəliyə gedərək birinci olmağa bacarıb.

Qeyd edək ki, bu sahədə məhşur olan Sabatino Tartufi Truffles и Urbani Truffles nəhəng italyan şirkətləri ilə rəqabət aparmaq xeyli dərəcədə çətin idi. Buna baxmayaraq Yan bunu bacarır. Hal-hazırda Nyu-york göbələk bazarının tam 60% Yana məxsusdur.

Trufellər astronomik qiymətlərlə ən prestijli restoranlar, otellər tərəfindən sifariş verilir. Milyonçu, vaxtı ilə fizika dərsi fasilələrində qarajda satdığı göbələklər ilə ən gənc milyonçular siyahısında yer alıb. Yanın təsis etdiyi şirkətin illik gəliri 5 milyon olaraq  hələ də inkişaf etməyə davam edir. Şirkət, irəlidə yeni məhsullar ilə bazarı bir daha fəth edəcəyini bildirib.

Günel Gözəlova, Banco.az