Manat əmanəti hansı banklarda daha sərfəlidir? - May 2022 | Banco.az

Manat əmanəti hansı banklarda daha sərfəlidir? - May 2022

May ayında bir il müddətinə fiziki şəxslərin manat əmanəti yerləşdirə biləcəyi bankları və onların şərtlərini təqdim edirik. Bu ay ötən aya nisbətən yalnız bir bankın - TuranBankın depozit faizlərində artım müşahidə olunub. Belə ki, bankın aylıq götürülən əmanət faizləri 0,75% artaraq 10,5%-ə yüksəlib.

Həmçinin bax: Dollar əmanəti hansı banklarda daha sərfəlidir?

Faizlər əmanətin məbləğindən asılı olaraq illik hesablanır. Faizləri aylıq və ya bir ilin sonunda götürmək mümkündür. Faizlərin aylıq ödənilməsi şərtində isə illik hesablanan faizlər aylara bölünərək müştəriyə təqdim olunur. Əmanət məbləğini isə yalnız bir ilin sonunda götürmək olar. Əgər müqavilə pozularsa, yəni müştəri əmanəti vaxtından əvvəl götürürərsə, həmin məbləğin bankda qalma müddətindən asılı olaraq faizlər yenidən hesablanır. Bu zaman daha aşağı faiz dərəcəsi tətbiq olunur və ya müştəriyə tamamilə heç bir faiz ödənilmir. Faizlərin ödənilməsi üçün müştəriyə depozit kartı təqdim olunur. Kartın növü isə əmanətin məbləğindən asılı olaraq fərqlənir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin bax: Manat əmanəti hansı banklarda daha sərfəlidir? (2 illik)

Bankların bir il müddətinə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz.