Bu gün Azərbaycanda avronun manata qarşı rəsmi məzənnnəsi təxminən 15 illik minimuma enib və 0,8897 manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən verilən məlumata görə, 2002-ci il yanvarın 1-dən nağd dövriyyəyə buraxılan avronun keçən müddət ərzində analoji həddə, aşağı məzənnəsi 1999-cu ilin dekabr - 2000-ci ilin yanvar ayında qeydə alınıb.
Qeyd edək ki, həmin vaxt Azərbaycanda milli valyutanın denominasiyası hələ aparılmamışdır və o dövrün qiymət miqyasında həmin məzənnə 4 448,5 manat/avro təşkil edib. Avronun Azərbaycanda ən yüksək rəsmi məzənnəsi isə 2008-ci il aprelin 23-də qeydə alınıb və 1,3235 manat olub.