Maliyyə stressi ilə mübarizə aparmağın 6 effektiv yolu | Banco.az

Maliyyə stressi ilə mübarizə aparmağın 6 effektiv yolu

Müəllif: Gülnar Əhmədli, Banco.az

Maliyyə gərginliyi uzun müddət davam edən iqtisadi böhranın ən təhlükəli yan təsirlərindən biridir. İnsanların maddi vəziyyətindən qaynaqlanan narahatlıq, stress və ya təşviş kimi ifadə edə biləcəyimiz maliyyə stressi bir çox insanın həm psixoloji, həm də fizioloji cəhətdən ciddi problemlər yaşamasına səbəb ola bilər. Ancaq insanın gündəlik həyatına son dərəcə mənfi təsir göstərən bu halla mübarizə aparmağın bəzi yolları var. Maliyyə stressi ilə mübarizə aparmağın 6 effektiv yolu bunlardır:

1. Maliyyə stressinin əsas mənbəyini müəyyənləşdirin

Kommunal borclarını vaxtında ödəyə bilməmək, yüksək məbləğli borclar, heç vaxt planlaşdırmadığınız yeni xərclər, işdən çıxarılma qorxusu və ya ödəməli olduğunuz digər ödənişlər maliyyə stressi yaşamağınıza səbəb ola biləcək amillərdəndir. İnsanların həyatına ciddi təsir edən maliyyə stressi ilə effektiv mübarizə aparmaq istəyirsinizsə, işə stressin əsas mənbəyini müəyyənləşdirməklə başlayın. Sizi ilk növbədə maliyyə ilə bağlı narahat edən şeyləri müəyyənləşdirin və problemi daimi həll etmək üçün hərəkətə başlayın.

Həmçinin oxu: Pul və maliyyə haqqında bilməli olduğunuz 6 məlumat

2. Büdcə və xərcləmə planı yaradın

Maliyyə məsələləri ilə bağlı narahat olmaq heç də təəccüblü bir hal deyil. Ancaq sosial təcrid, yuxu problemləri və iş-həyat tarazlığının itirilməsi kimi maliyyə stressindən yaranan problemlər insanlara ciddi təsir edir. Bu baxımdan, maliyyə stressi ilə mübarizə prosesində edə biləcəyiniz işlərdən biri də büdcə və xərcləmə planı yaratmaqdır.

Bunun üçün ilk növbədə xalis gəlirinizi hesablaya bilərsiniz. Əlbəttə ki, düzgün büdcə və xərcləmə planı yaratmaq üçün xərclərinizin inventarına da ehtiyacınız var. Aylıq və ya həftəlik xərclərinizi hesabladıqdan sonra onlardan hansının həqiqətən vacib olduğuna qərar verməlisiniz. Bu, lazımsız xərclərdən qaçmağa, onları azaltmağa və pula qənaət etməyə kömək edə bilər. Unutmayın ki, düzgün büdcə və xərcləmə planının yaradılması bir çox ekspertlərin fikrincə, maliyyə stressi ilə mübarizədə ən vacib addımlardan biridir.

3. Gələcək üçün pul yığmaya başlayın

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə stressinin ən mühüm əlamətlərindən biri də gələcəklə bağlı narahatlıqdır. Odur ki, gələcəkdə gözlənilməz vəziyyətlər üçün pul yığmaq psixoloji olaraq rahatlamağa və maddi cəhətdən təhlükəsiz hiss etməyə kömək edə bilər.

4. Gəlirinizi artırmaq üçün hərəkətə keçin

Gəlirinizin sizə kifayət etmədiyini düşünürsünüzsə, maliyyə stressinin mənfi təsirləri ilə üzləşməli ola bilərsiniz. Buna görə də, gəlirinizi artırmaq üçün hərəkətə keçmək bu stressli vəziyyəti heç bir zərər görmədən keçirmək baxımından ən yaxşı vasitələrdən biridir. Məsələn, iş yerinizdən artım tələb edə bilərsiniz. Qabiliyyət və maraqlarınıza uyğun olaraq sizin bacara biləcəyiniz əlavə işlər də gəlirinizi artırmağa kömək edə bilər.

5. Bəzi ödənişlərinizi avtomatlaşdırın

Çünki borclarınızın ödəmə tarixini daim qaçırmağınız hər dəfə əlavə faiz ödəməyinizə səbəb ola bilər. Bu, maliyyə gərginliyini artıracaq amildir. Bu səbəbdən bəzi ödənişlər üçün avtomatik ödəniş təyin etmək bu problemi aradan qaldıracaq.

6. Kömək və məsləhət istəməkdən çəkinməyin

Maddi stresslə təkbaşına mübarizə aparmalı olduğunuzu hiss edə bilərsiniz. Amma buna məcbur deyilsiniz. Əksinə, kənardan məsləhət almaq sizə böyük kömək ola bilər. İqtisadiyyat və maliyyə sahəsində yeni yanaşma və metodlardan xəbərdar olmaq və müxtəlif təcrübələrdən faydalanmaq stress səviyyənizi azaltmağa kömək edə bilər. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram