Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük kosmetika istehsalçılarından biri olan Fransanın “L'Oreal” şirkəti bu ilin üçüncü rübündə satışlarını 2,8% artıraraq 10,28 milyard avroya çatdırıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Peşəkar məhsulların satışı 4,8% artaraq 1,16 milyard avroya, lüks kosmetika isə 8% artaraq 3,77 milyard avroya çatıb.
Şirkətin Avropada satışları ötən rübdə 5,2%, Şimali Amerikada 4,3%, Latın Amerikasında 0,7% artıb.
2024-cü ilin doqquz ayı ərzində “L'Oreal”ın satışları 6% artaraq 32,4 milyard avroya çatıb. İlin əvvəlindən şirkətin kapitallaşması 20,8% azalıb.
Qeyd edək ki, “L'Oreal” dünyaca məşhur “Yves Saint Laurent”, “Lancome”, “Garnier”, “Vichy”, “Maybelline”, “Giorgio Armani”, “Prada” və “Kiehl's” daxil olmaqla 37 brend altında kosmetika, ətir, dəriyə qulluq və saça qulluq məhsulları istehsal edir.