Niderland Krallığının “Lightyear” şirkəti “Lightyear One” elektromobilinin prototipini təqdim edib. Maşın, təxminən, 725 km məsafəni enerji toplamadan qət edə bilər və digər elektromobillərlə müqayisədə enerji doldurma stansiyaları şəbəkəsindən daha az asılıdır. Məsələ bundadır ki, “Lightyear One”nin damı və kapotu günəş hüceyrələri ilə örtülüb. Batareyanın ümumi sahəsi, təxminən, beş kvadrat metrdir. Batareya şüşə ilə qorunur və bu şüşə, şirkətin məlumatına görə, "o qədər möhkəmdir ki, böyük adam zədələməkdən qorxmayaraq, üzərində rahat gəzə bilər”.
Elektromobilin başqa bir xüsusiyyəti də onun az çəkiyə malik olmasıdıdr ki, bu da avtonomluğun artırılmasına kömək edir.
“Lightyear One” batareyasına 230 voltluq adi enerji yuvasından gecə ərzində 400 km məsafəni qət etmək üçün kifayət edəcək qədər enerji yüklənir. Günəş batareyasından hər saat ərzində yükləmə, 12 km-ə qədər yürüş əlavə edir.
Elektromobil heç də ucuz başa gəlməyib: ilk 500 ədəd 119 000 avro dəyərindədir. Artıq indidən tam ödəniş etmək lazımdır, avtomobilin göndərilməsinə isə 2021-ci ildə başlanacaq.
Ted.az