Müəllif: Tamara Mustafayeva, Banco.az
Laqard: Dezinflyasiya prosesi öz yolundadır.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC) Vaşinqtonda keçirilən iclasında çıxış edib.
O, Avrozonada iqtisadi artım üçün risklərin azalmağa davam etdiyini bildirib.
Aşağı səviyyəli iqtisadi inam, istehlak və investisiya göstəricilərinin iqtisadiyyatın gözlənildiyi kimi tez bərpa olunmasına mane ola biləcəyinə diqqət çəkən Laqard vurğulayıb ki, iqtisadi fəaliyyətin son göstəriciləri mənfi mənada bir qədər təəccübləndirib və maliyyələşdirmə şərtləri məhdudlaşdırıcı olaraq qalır.
Laqard bəyan edib ki, Avrozonada inflyasiya gələn il mərkəzi bankın 2 faizlik hədəfinə çatmaq istiqamətində cərəyan edir. O, əmək haqqı təzyiqlərindən irəli gələn risklərin davam etdiyini vurğulayıb.
Xatırladaq ki, oktyabrın 17-də ECB bazar proqnozlarına uyğun olaraq zəifləyən iqtisadiyyata qarşı üçüncü faiz endirimini reallaşdırmış və üç əsas faiz dərəcəsini 25 baza bəndi endirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!