“CNBC”-nin xəbərinə görə, Ripple (XRP) və Stelllar-ın (XLM) təsisçilərindən olan, həmçinin “Mt.Gox”-un qurucusu Ced Makkaleb kriptovalyutaların və Blockchain texnologiyasının gələcəkdə uğurlu olması üçün mərkəzsiz strukturlarının qorunmasının lazım olduğunu iddia edib.
“Fast Money” proqramında hazırlanan reportajda Makkaleb indiyədək gördüyü ən uğurlu mərkəzsiz şəbəkənin internet olduğunu söyləyib. 2013-cü ildə qurduqları ödəmə protokolu şirkəti Ripple haqqında da tənqid dolu danışan Makkaleb kriptovalyutalarla mərkəzi bir maliyyə ödəmə protokolunun “PayPal” və ya “SWIFT”-dən yaxşı olmayacağını bildirib.
Vacib olan əsas məsələ hər kəsin daxil ola biləcəyi internet tipli bir şəbəkə yaratmaqdır. Hər bir mövzuda müvəffəqiyyətin açarı budur.
Bu həftə kriptovalyutalar və Blockchain haqqında mətbuata açıqlama verən tək adam Makkaleb deyil. Martın 22-də Edvar Snovdn açıqlamasında Bitcoin-in əsas qüsurunun əməliyyatların məhdudlaşdırılması deyil, hər kəsə açıq əməliyyat tarixində olduğunu söyləyib.
Bundan savayı, “Twitter” və “Square”-nin CEO-su Cek Dorsi gələcəkdə dünyanın əsl pul vahidinin Bitcoin olacağı şəklində şərhlər vermişdi.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.