Kommersiya bankları mənfəət əldə etmək üçün xidmət göstərdikləri gəlir itkisi ilə üzləşməmək üçün bir sıra tələbləri olur. Bunların da biri kredit götürən şəxslərin müəyyən qədər iş stajının olmasıdır. Başqa sözlə desək, rəsmi iş yerinin olması banklar üçün kifayət deyil. Banklar kreditin geri qaytarılmaması ilə bağlı risklərin qarşısı almaq məqsədilə kredit alan müştərilərdən minimum iş stajının olmasını tələb edirlər. Bu müddət banklardan asılı olaraq 6-12 ay arasında dəyişir. Bəzi hallarda, bankın əməkdaşlıq etdiyi şirkətin işçiləri üçün daha güzəştli şərtlər təklif olunur. Yəni əmək haqqı kartınızın məxsus olduğu bankdan kredit götürərkən bu müddət daha az (məsələn, 3 ay) ola bilər.
Digər məqam isə indi işlədiyiniz yer əvvəlkindən fərqlidirsə, ümumi iş stajı tələbi ödənilməklə son iş yerində də müəyyən müddət işləməyiniz lazımdır. Ən əsası da bir işdən çıxıb digər işə başladığınız müddət arasında fasilə ya olmamalıdır, ya da az olmalıdır. Bu müddət isə banklardan asılı olaraq dəyişir. Bəzi banklar fasiləsiz olmasını tələb etdiyi halda, bəzilərində bu müddət 10-30 gün arasında dəyişir.
Təqaüd əsasında kredit götürdükdə isə belə bir şərtin olması tələb edilmir.
Aşağıdakı cədvəldən bankların müştərilərdən kredit əldə etmək üçün nə qədər iş stajının tələb etdiyi müddətlərə baxa bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!