Müəllif - Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 410,6 milyon manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 29% və ya 92,6 milyon manat çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği isə 133,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 47,2% və ya 42,7 milyon manat çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!