Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin birinci yarısında sığorta şirkətləri tərəfindən könüllü həyat sığortası növlərinin hesabına 288 milyon 782 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, sığorta yığımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 83,2 milyon manat və ya 40,4% artıb.
Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlərin məbləği isə illik müqayisədə 53,3% artaraq 127,3 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!