Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni qayda: Sənədsiz evlərə çıxarış veriləcək? | Banco.az

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni qayda: Sənədsiz evlərə çıxarış veriləcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası yeni qaydada tənzimlənəcək.

Milli Məclisin Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklərinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlardat exniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

Bu zaman kənd təsərrüfatı təyinatlı torpaq sahəsində layihələndirilən tikinti obyektinin tikinti layihəsində həmin obyektin inşası üçün müəyyən olunan faiz nisbəti nəzərə alınmaqla torpaq sahəsinin tələb olunan hissəsinin sərhədləri ayrıca göstəriləcək.

Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər.

Qanuna edilən dəyişiklik barədə Banco.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, normativ aktlara əsasən, kənd təsərrüfatı təyinatlı torpağın yalnız bir faizində tikinti işi aparmağa icazə verilir. Ekspert vurğulayıb ki, həmin ərazidə təkcə fərdi yaşayış evi deyil, inzibati və qonaqlama məqsədi ilə bir sıra tikililər də inşa edilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan öncə kənd kənd təsərrüfatı təyinatı torpaqlarda tikilən evlərə sənəd verilməsi məsələsinə aydınlıq gətirən Elnur Fərzəliyevin açıqlamasına görə, qanun o tikililərə aid edilməyəcək:

“Məsələ ondandır ki, sənədsiz tikilən həmin  evlərin sənədləşdirilməsi ilə bağlı torpaqlarda təyinat dəyişikliyi ya da amnistiya verilməlidir. Əgər bu tətbiq edilməzsə, bu həmin ərazilərdəki evlərə sənəd verilə bilməz. Kənd təsərrüfat təyinatlı torpaqlarda tikilən əmlaklara çıxarış verilməsinin yolu torpağın təyinatının dəyişdirilib tikinti təyinatına çevirilməsi ilə mümkündür”.

Bakı kəndləri, Abşeron ərazisi, Xırdalan, Masazır və digər yeni salınmış həyət evləri olan ərazilərin də böyük əksəriyyətində çıxarış olmadığını xatırladan Elnur Fərzəliyev hesab edir ki, bu gün həmin ərazilərə çıxarışların verilməsi üçün yaşayış massivi kimi nəzərdə tutulmalı, daha sonra çıxarış verilməlidir:

“Özəlləşən zaman bütün əraziləri əhatə edə bilməz. Çox ərazilər var ki, orada tikinti aparmaq qadağandır. Qanunla baxsaq, bu ərazilərə sənəd verilə bilməz.

Bakı, Xırdalan, Sumqayıt 3 ayrı şəhər olsa da fərdi yaşayış evləri o qədər genişlənib ki, şəhərlər bir-birinə birləşib və burda da əksər ərazilərdə çıxarış yoxdur. Burada itirən tərəf dövlətin büdcəsidir. Çıxarışlar olsaydı vətəndaş əmlak, bələdiyyə vergisinə cəlb olunar, həm də qeydiyyata düşə bilərdilər”.

Ən sərfəli krediti almaq üçün müraciət et