Kazandakı təyyarə qəzası ilə bağlı ilk sığorta ödənişi edilib | Banco.az

Kazandakı təyyarə qəzası ilə bağlı ilk sığorta ödənişi edilib

“SOQAZ” sığorta qrupu “Tatarıstan” aviaşirkətinə məxsus "Boeing 737-500" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş sərnişinlərin yaxınlarına sığorta ödənişlərinin verilməsinə başlayıb.
Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, hazırda “SOQAZ” şirkətinə bu hadisə ilə əlaqədar sığorta ödənişlərinin verilməsi haqda həlak olan sərnişinlərdən 31-nin yaxını ərizə ilə müraciət edib. Onlardan 13-nə artıq ümumilikdə 785 min dollar məbləğində ödəniş edilib.
Xatırladaq ki, Moskva-Kazan istiqamətində hərəkət edən Boeing 737-500 təyyarəsi 17 noyabr 2013-cü il tarixində qəzaya uğra yıb. Qəza nəticəsində təyyarədəki 44 sərnişin və 6 ekipaj üzvünün hamısı həlak olub.

Ən sərfəli kredit üçün müraciət et

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et