Kartın PİN kodunu dəyişərkən nə qədər xidmət haqqı tutulur? | Banco.az

Kartın PİN kodunu dəyişərkən nə qədər xidmət haqqı tutulur?

Bu dəfə sizə bank kartlarının kodları, onların necə dəyişməsi və dəyişərkən tutulan xidmət haqları barədə məlumat verəcəyik.

PİN kod (Personal Identification Number) dedikdə, kartdan nağdlaşdırma və ya ödəniş etdikdə, hər dəfə bankomata və ya POS-terminala daxil edilən 4 rəqəmli şifrə nəzərə tutulur. Əksər hallarda, həmin şifrə kartı alarkən kartla birlikdə müştəriyə PİN zərfdə verilir. Həmin zərfin sizə məxsus olmasını üzərindəki məlumatlardan dəqiqləşdirə bilərsiniz. Zərfin bir üzündə kart sahibinin adı, soyadı, ünvanı və kartın üzərindəki 16 rəqəm əks olunur. Həmin zərfin içində isə PİN kod adlandırdığımız 4 rəqəmli kod olur. Bu kodu ya yadda saxlamaq, ya da həmin zərfi kartı istifadə etdiyiniz müddət ərzində qoruyub saxlamaq lazımdır (kodu kartın üzərinə yazmaq təhlükəsizlik baxımından tövsiyə olunmur). Karta özünüz daha yadda qalan kod təyin etmək istəyirsinizsə, bu zaman PİN Change xidmətindən istifadə edə bilərsiniz. PİN kodu ya bankın ATM-də, bəzi hallarda isə bankın mobil tətbiqində dəyişmək mümkündür.

Həmçinin bax: Debet kartlardan nağdlaşdırma komissiyaları

Həmçinin bax: Debet kartlardan gündəlik nağdlaşdırma limitləri

Bankomatda kartın PIN kodunu dəyişmək üçün kartı ATM-ə daxil edib, müvafiq xidməti seçərək yeni kodu qeyd etmək lazımdır. PİN kodu dəyişmək imkanı məhdudiyyətsizdir. PİN kodu yeniləyərkən təhlükəsizlik baxımından təkrarlanan, ardıcıl olan rəqəmləri seçmək və ya bir neçə kart olduğu halda isə bütün kartlara eyni kodu tətbiq etmək tövsiyə olunmur. Bəzi hallarda kartı alarkən kod müştəri tərəfindən təyin edilir. Bunun üçün müştəri aldığı kartı bankomata daxil etməli və "PİN Set"i seçməklə istədiyi kodu təyin edə bilir.  

Həmçinin bax: Debet kartların balansındakı qalığa hesablanan faiz gəliri 

Həmçinin bax: Daha çox kəşbək qazandıran bank kartları

Ən sərfəli kredit üçün müraciət et

PİN kodu dəyişərkən kartın balansından xidmət haqqı tutulur. Bu xidmət haqları ilə cədvəldən tanış ola bilərsiniz.

Əlavə olaraq debet kartlar və onların qiymətləri barədə məlumat əldə etmək istədikdə, həmin məqaləyə buradan daxil ola bilərsiniz. Əgər pulsuz debet kart əldə etmək istəyirsinizsə, bankların pulsuz təqdim etdiyi debet kartlar haqqında buradan məlumat ala bilərsiniz. 

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram