Marksizmin qurucusu Karl Marksın mayın 5-də 200-cü doğum günü ilə əlaqədar 0 avroluq banknotlar nəşr edilib.
T24 yazır ki, banknot Karl Marksın Almaniyada doğulduğu “Trier” kəndi ilə eyni adı daşıyan turizm agentliyi tərəfindən hazırlanıb.
Banknotların üzərində, həyatı boyunca kapitalizm tənqid edən Marksın məşhur saqqalı portreti yer alır.
Sıfır avroluq banknotların yaradıcısı Richard Faille-nin Avropa Mərkəzi Bankının rəsmi banknot istehsalçıları ilə birlikdə hazırladığı bu “hədiyyə”lik pullar, həftənin əvvəlindən etibarən çeşidli Avropa ölkələrində satışa çıxarılıb.
Pul kolleksiyaçılarının iştahasını artıran bu banknotların, həm də fərqli tarixi şəxslər üçün də hazırlanması nəzərdə tutulur.
Üç avroya satılan bu banknotlar “Trier” şirkətinə görə, insanları Marksın kapitalizm tənqidlərinə yönləndirmək məqsədi daşıyıb.
Mənbə: Facemark.az