Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı mart ayının 14-dən etibarən davam edən karantin rejimi banklara da təsirsiz ötüşmədi. Yaranmış vəziyyətlə bağlı banklar müştəriləri onlayn xidmətlərdən istifadə etməyə çağırmaqla yanaşı, yeni xidmətlər də təklif etməyə başladılar. Bu vəziyyətdə xidmətlərlə yanaşı, öz müştərilərinin yanında olduğunu göstərmək üçün banklar yardım və güzəştlərini onlardan əsirgəmirlər. Lakin bankların yardımı təkcə öz müştəriləri ilə məhdudlaşmır. Onlar aztəminatlı ailələri, tənha yaşayan yaşlıları da diqqətdən kənarda saxlamırlar.
Bundan başqa, banklar istər iş saatları, istərsə də yenilikləri ilə bağlı insanları rəsmi sosial şəbəkələrində daim məlumatlandırırlar. Sağlamlığımızın qorunması üçün həm evdə qalanlar, həm də iş başında olanlar üçün sosial çarxlar hazırlayaraq dəstək olmağa çalışdılar. Mart, aprel və may ayında istifadə müddəti bitən kartların müddətinin uzadılması bankların bu vəziyyətdə də müştərilərinin yanında olduqlarını göstərdi.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna özləri ianə etməklə yanaşı, öz mobil tətbiqlərində "Fonda ianə" bölməsini əlavə etməklə insanları birlikdə mübarizəyə çağırırlar.
İndi isə pandemiya dövründə yeni şəraitə adekvat reaksiya verən ən yaxşı banklarla tanış olaq.
1. Azərbaycan Beynəlxalq Bankı
Karantin rejimində bu bank da müştəriləri rəqəmsal xidmətlərdən ( internet bankçılıq, korporativ internet bankçılıq, İBAm mobil tətbiqi) faydalanmağı tövsiyə edir. Bununla yanaşı, banka gəlmək zərurəti yarandıqda bir gün əvvəldən növbə tutmaq üçün Randevu xidmətindən istifadə edilməsini diqqətə çatdırır.
Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vətəndaşların “Həmrəy ol, qalib gələk” devizi altında köçürmələrini onlayn qaydada aparmaq imkanı da yaradıb. Belə ki, vətəndaşlar ianələrini bu link üzərindən istənilən yerli bankın ödəniş kartları vasitəsilə həyata keçirə bilərlər. Bundan əlavə, aprelin sonunadək banka məxsus əməkhaqqı və pensiya kartları ilə POS terminal və elektron ticarət vasitəsilə aparılan nağdsız əməliyyatlara 2% kəşbək verilir ki, onun da 1%-i Fonda ianə şəklində köçürülür.
"Böyüklərə hörmətlə" sosial layihəsi yüksək risk qrupuna daxil olan bankın yaşlı müştərilərinin sağlamlığını qorumağa yönəlmiş növbəti addımdır. Bu layihə çərçivəsində ilk olaraq müddəti mart ayında bitən bütün pensiya kartlarının müddəti apreldən etibarən 3 ay müddətində uzadılır. Həmçinin, pensiyaya çıxmış və hələ pensiya kartını almamış şəxslər üçün bank kartların evlərə çatdırılmasını da təmin edir. Ən əsası da, ucqar yaşayış yerlərində yaşayan bu yaşlı müştərilərə bank səyyar ATM-lərlə xidmət göstərir. Bank yaşlı müştərilərinin sağlamlığını düşünərək onlara aprelin 8-dən etibarən iki ay müddətində öz pensiyalarını ölkəmizdəki bütün bankların və Azərpoçt-un bankomatlarında komisyonsuz nağdlaşdırmaq imkanı da verir.
Bank günün qəhrəmanları olan tibb işçilərini də unutmur. Aprel ayının sonunadək bank xidmətlərindən istifadə edən tibb işçilərindən heç bir komissiya haqqı tutulmayacaq.
Bankın digər sosial layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına qoşulmasıdır. Özünün Sahibkarlar Klubu xətti ilə bank 50 aztəminatlı ailəyə kiçik bizneslərini qurmaqda köməklik göstərəcək. Proqramın müsbət cəhəti yardımın pul vəsaiti şəklində deyil, biznes üçün lazımi avadanlıqla təmin edilməsidir. Qeyd edək ki, artıq 3 ailəyə yardım göstərilib.
Bankın korporativ müştərilərini diqqət mərkəzində saxlayaraq onlara əməkhaqqı kartlarını banka gəlmədən İnternet Bank xidməti vasitəsilə sifarişi edə bilmək imkanını verir.
Bankın Visa Platinum, Visa İnfinite və Mastercard World Elite kart sahibləri gün ərzində dünyanın istənilən nöqtəsindən Konserj-çatbot xidmətindən istifadə edə bilərlər.
Bankda cari hesabı olan müştəriləri isə sms və e-mail məlumatlandırma xidmətindən hesabın aid olduğu filial və şöbə vasitəsilə qoşularaq ödənişsiz faydalana bilər.
Onlayn alış-verişlərin artmasını nəzərə alan bank müştərilərinə daha çox kəşbək qazanmaq imkanı verir. Belə ki, bankın partnyorlarından (Baku Electronics - 3%, İrşad Electronics - 5%, Kontakt Home - 3%, Neptun supermarket - 1%) onlayn alış-veriş zamanı müştərilər 5%-dək kəşbək qazanacaq. Lakin bu taksit ödənişlərinə aid edilmir. Onlineneptun.az vasitəsilə edilən alış-veriş zamanı isə müştərilər 2% kəşbək qazanacaq. Əməkhaqqı və pensiya kartları ilə isə aprelin sonunadək edilən ödənişlərdə 1% kəşbək qazanacaqlar.
2. Kapital Bank
Virusa tutulmamaq və zərərli mikroblardan qorunmaq üçün ilk növbədə bank müştərilərinə təmassız kartlardan, NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidmətindən faydalanmağı tövsiyə edir.
Koronavirus infeksiyasının sahibkarlar üçün yaratdığı çətinlikləri nəzərə alaraq, sahibkarlara xarici ölkələrlə olan ticarət əlaqələrinin stimullaşdırılması məqsədilə Müştəri Bank (internet bankçılıq) vasitəsilə bütün istiqamətlərdə olan xaricə pul köçürmələri zamanı 0,2% komissiya müəyyənləşdirilib. Həmçinin, KOS-ların maliyyə əlçatanlığının asanlaşdırılması istiqamətində 30 aprelədək biznes kreditləri üzrə rəsmiləşdirmə komissiyası sıfıra endirilir, qiymətləndirmə və sığorta xərcləri isə bank tərəfindən qarşılanır.
Eyni zamanda, bank yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılacaq.
Həmçinin, həmin yaşda olan, lakin kartlarının vaxtı bitən mövcud müştərilərin kartları növbəti 3 ay müddətinə uzadılacaq və onlar təqaüdlərini köhnə kartları ilə ala biləcəklər.
Bununla yanaşı,8 aprel 2020-ci il tarixindən Kapital Bank-ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya Azərpoçt-un bankomatlarından 2 ay ərzində komissiyasız nağdılaşdıra biləcəklər. Tranzaksiyalar üzrə bütün xərclər Kapital Bank tərəfindən ödənilir.
Bankla əməkdaşlıq etmək istəyən sahibkarlar 31 mayadək 3 iş günü ərzində partnyorlar sırasına tam olaraq pulsuz qoşula bilərlər. Həmçinin kampaniya müddətində partnyorlara həm taksitli əməliyyatlar, həm də birdəfəlik ödəniş üçün endirimli komissiyalar təklif olunur.
Bankın digər “Subsidiya 2020” layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agetliyi təşəbbüsü və Kapital Bank-ın dəstəyi ilə fermerlerə ödənilən subsidiyalar nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödənilir. İnsanarın qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün bu kartlar Azərpoçt filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılacaq.
Bankın həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə ümumilikdə 15 nəfər işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edib.
Mövcud vəziyyəti nəzərə alaraq, bank sahibkarlardan aprel ayı üzrə xidmət haqqı tutmayacaq.
3. PAŞA Bank
Çin Xalq Respublikasındakı biznes tərəfdaşları ilə ticarət əlaqələri olan yerli sahibkarların son zamanlar üzləşdikləri maliyyə çətinliklərini nəzərə alaraq PAŞA Bank Müştərilərinə bu istiqamətdə həyata keçirdikləri pul köçürmələrinə komissiyanı 0.2% endirib.
Bu çətin dövrdə də sahibkarların biznesinin inkişafına dəstək verməyə davam edən bank Azərbaycanda rəqəmsal biznes həlləri sahəsində aparıcı şirkət olan CUBICS Technology ilə strateji tərəfdaşlıq çərçivəsində sahibkarlara qeyri-bank xidmətlərindən istifadə etmək üçün imkanlar yaradır. Cəmi 21 gün ərzində istənilən brend AppStore, GooglePlay və WEB versiyasında öz ticarət tətbiqetmələrini əldə edə bilər. Beləliklə, proqramçılara və onlayn texnologiyaların yaradılmasına böyük məbləğdə vəsait xərcləməyə ehtiyac qalmır.
PAŞA Bank hüquqi şəxs və fərdi sahibkarlara öz bizneslərinin ehtiyacları üçün tamamilə pulsuz bank hesabı açmağı da təklif edir.
Bank regionlarda həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə öz dəstəyini də əsirgəmir. Belə ki, Azərbaycanın müxtəlif rayonlarında məskunlaşan bir sıra məcburi köçkün və ya əlillik dərəcəsi olan vətəndaşlar öz bizneslərini qurmaq və idarə etmək üçün bank tərəfindən biznes sahəsinə uyğun olaraq alınmış vasitələr və avadanlıqlarla təmin edilib.
Müştərilərin rahatlığını düşünərək bank Onlayn Bank platformasında ölkədaxili və bankdaxili ödənişlər zamanı ƏDV məbləğini avtomatik hesablamaq üçün yeni funksionallıq yaradıb. İstəkdən asılı olaraq ödənişi ƏDV ilə birlikdə və yaxud ayrılıqda həyata keçirə bilərsiniz.
PAŞA Bank Koronavirusla mübarizə çərçivəsində daha bir addım ataraq, bu il COVID -19 ilə əlaqədar virtual keçirilən Hackathon-un əsas sponsoru qismində çıxış edir.
Bank 1 aprel 2020-ci il tarixindən etibarən müddəti mart və aprel aylarında bitən bütün kartların müddəti təmənnasız avtomatik olaraq 3 ay uzadıb.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək istəyən PAŞA Bankın kart sahibləri Mobil Bank əlavəsi vasitəsilə şəxsi kart hesablarından Fondun hesablarına rahatlıqla vəsait köçürə bilərlər.
Bank karantin rejimi ilə əlaqədar onlayn alış-verişin diqqət mərkəzində olması ilə bağlı müştərilərini endirimli kampaniyaları ilə sevindirir. Aptekonline.az-dan 10 AZN-dən yuxarı sifarişlərdə çatdırılma pulsuzdur. “Sağlam Ailə” Tibb Mərkəzində MasterCard ilə ödəniş etdiyiniz zaman “Evə çağırış” xidmətinə 20%, müayinə qiymətlərinə isə 5% endirim qazanırsınız.
Müştərilər onlayn mağazalarda PAŞA Bank kartı ilə alış veriş etdikdə World Telecom-dan 500 AZN-lik kupon qazanmaq şansı əldə edir. Kampaniya 31 may tarixinədək keçərlidir.
31 mayadək PAŞA Bank premium kartı ilə onlayn mağazalarında aparılan əməliyyatlar üzrə nağdsız ödəniş məbləği ən yüksək olan beş müştəri qalib olacaqdır.
15 aprel – 15 may tarixləri aralığında PAŞA Bank Miles&Smiles kartı ilə ən çox onlayn ödənişlər edən 3 müştəri əlavə millər qazanacaq. Əlavə millərin sayı I yer üçün 50.000, II yer üçün 20.000, III yer üçün isə 10.000 mildir.
10.04.2020-31.05.2020 ərzində PAŞA Bankın Mastercard əməkhaqqı kartı ilə müştəri toplam 100 AZN-lik yerli elektron ticarət saytlarında ödəniş etdiyi zaman 5 AZN-lik Wolt balans qazanır. Kütləvi ödənişlər (komunal, rabitə,mobil,dövlət,ipoteka,maliyyə və sığorta,telekommunikasiya, card to card ödənişləri) şamil edilmir.
Bundan başqa həm korporativ, həm fiziki şəxslərin sağlamlıq və rahatlığını düşünən bank öz xidmətlərini rəqəmsallaşdıraraq Onlayn Bank xidmətini təklif edir. Bu xidmət vasitəsilə müştərilər Əməkhaqqı layihəsinə qoşulma, yeni kartların sifarişi, müştəriyə çatdırılma, POS-terminalların alınması üçün onlayn sifariş, müştəriyə çatdırılma, SMART Kassaların alınması üçün onlayn sifariş, müştəriyə çatdırılma, Video zəng ilə verifikasiya, Kreditlərin ödənişi və s. kimi xidmətlərdən evlərini tərk etmədən yararlana bilərlər.
4. Bank Respublika
Bank virusun yayılma ehtimalının olduğu kağız əskinaslardan deyil, mobil tətbiq və təmassız kartlarla nağdsız ödənişləri etməyi tövsiyə edir. Həmçinin, bankın mobil tətbiqi vasitəsilə də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr də köçürə bilərsiniz. Kart sahibləri üçün isə bank mart, aprel və may aylarında istifadə müddəti bitən kartların vaxtını iyuladək uzadıb.
Bank yeni NFC ödənişlərini müştərilərin istifadəsinə verib. Bunun üçün bankın Mobil Şöbə tətbiqində Bank Respublikanın hər hansı bir Visa kartını seçərək telefonu POS terminala yaxınlaşdırmaq lazımdır. Eyni zamanda, korporativ müştərilər İnternet Ofisdən istifadə edərək əməliyyatları həyata keçirə bilər.
Bank həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik məqsədilə sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, o cümlədən əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq material, avadanlıq və digər əmlakları təqdim edib.
Bank "Nargis" Fondunun aztəminatlı ailələrə dəstək layihəsinə qoşulub. Bu layihə çərçivəsində Bakı və ətraf qəsəbələrdə yaşayan aztəminatlı ailələrə bir aylıq ərzaq tələbatı ilə təmin edilib.
5. Unibank
Karantin dövründə bank əməliyyatlarını Unibank Mobile və internet bankçılıq vasitəsilə etməyi tövsiyə edən bank, həm də mobil tətbiq istifadəçilərinə bonuslar vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr şəklində ödəməyə çağırır.
Həssas əhali qruplarının özünüməşğulluq proqramına çərçivəsində bank Tovuz rayonunun Cilovdarlı kənd sakini olan Tamam Cəfərovaya dəstək olub. Bununla yanaşı, Unibank Mobile-da "ASAN Məktub"a hədiyyə edənlərin bonusları ilə bank dəstəyə ehtiyacı olan 65 yaşdan yuxarı şəxslərə yardım edib.
Bank müştərilərin evdə qalıb alış-verişdən qalmamağı üçün İrşad Electronicslə əməkdaşlıq edir. Albalı kartı ilə irshadelectronics.az saytında istənilən məhsulu əldə edin və 24 aya faizsiz taksitlə ödəyin. Eyni zamanda, onlayn ödənişlər etmək üçün mobil tətbiq vasitsəilə Digital Card sifariş verərək pulsuz kart sahibi ola bilərsiniz. Bu kartla edilən bütün ödənişlərə isə 2 qat bonus qazana bilərsiniz. Mobil tətbiq zamanı debet kart sifariş verdikdə isə kart bank tərəfindən pulsuz çatdırılacaq.
6. Bank of Baku
Pul köçürmələri və digər ödənişləri bankın mobil tətbiqi olan DostBank vasitəsilə etmək mümkündür. Əlavə olaraq, Contact təcili pul köçürmə xidməti də bankın mobil tətbiqinə əlavə edilib və pul köçürmə zamanı heç bir komissiya haqqı tutulmur. Eyni zamanda, mobil tətbiq vasitəsilə edilən ödənişlər isə komissiyasız həyata keçirə bilərsiniz. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək üçün də bu tətbiqdən istifadə edə bilərsiniz. Bundan əlavə bank pul köçürmələri üçün yeni MoneySend xdmətini müştərilərin ixtiyarına verib.
Biznesini onlayn platformada qurmaq istəyən iş adamları və ya internet mağaza sahibləri Elektron Kommersiya xidmətinə (E-commerce) pulsuz qoşula və xidmətdən heç bir komissiya haqqı ödəmədən yararlanana biləcəklər. Bunun üçün aprelin 30-dək banka müraciət edərək xidmətdən iyunun sonunadək pulsuz yararlana bilərsiniz.
Bank tibb işçilərinin fədakarlığını da dəyərləndirərək aprelin sonunadək kampaniyaya start verib. Bolkart taksit və debet kartları ilə 50 AZN və daha çox ödəniş edən tibb işçiləri məbləğin 10%-i kəşbək olaraq hesablarına geri qayıdacaq.
Digər banklar da mövcud vəziyyətə biganə qalmayıblar.
VTB Bank Azərbaycan bank əməliyyatlarını 01avqust 2020-ci il tarixinədək Direct bot vasitəsilə pulsuz həyata keçirə bilər. Bank 30 nəfər Böyük Vətən Müharibəsi və əmək veteranına, eləcə də Leninqrad mühasirəsi iştirakçılarına tələb olunan qida məhsullarını çatdırılıb. Bununla yanaşı, 60-dək aztəminatlı ailəni qida məhsulları və şəxsi gigiyena vasitələri ilə təmin edilib.
Ziraat Bank Azərbaycan ASC COVİD-19 ilə əlaqədar karantin dövündə müştərilərinə karantin şərtlərinə tam əməl edərək kəsintisiz xidmət göstərməkdədir. Bank əməkdaşları həm ofisdən, həm də evdən çalışaraq xidmətlərdə hər hansı axsama olmaması üçün səylə çalışmaqdadırlar. Filiallarda müştərilər növbəli olaraq içəri buraxılır, ara məsafəsinə diqqət edilir və filiallar vaxtı vaxtında dezinfeksiya edilir. Bank rəhbərliyi iş strukturunu karantin rejiminə əsasən qurmaqla yanaşı COVİD-19-la mübarizə fonduna ianə etmiş, həmçinin müştərilərini düşünərək bir sıra addımlar atmışdır. Bu addımlardan biri vaxtı bitmiş kart məhsullarının vaxtıı karantin müddəti bitənə qədər artırılması və maliyyə vəziyyətindən aslı olaraq kredit borcu olan müştərilərinə güzəşt müddətinin verilməsi məsələlərini misal göstərə bilərik.
AccessBank 65 yaşdan yuxarı müştərilərə 151 məlumat mərkəzi vasitəsilə bir sıra xidmətlər təklif edir və onların suallarını cavablandırır.
Azər Türk Bankın hüquqi şəxs, fərdi sahibkar olan müştərilərə cari ilin 31 mayadək güzəşt edir. Belə ki, sahibkarlar “ATB Business” internet-bankçılıq xidmətinə qoşulduqda, ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün əməliyyatlar komissiyasız həyata keçirləcəkdir. Bundan əlavə, bank bu müştərilər üçün növbədə vaxt itirməmək üçün elektron anket (form.atb.az) də istifadəyə verib. Həmçinin, bank müştərisi olan bütün sahibkarlıq subyektlərinə dəstək məqsədi ilə onların POS-terminallar üzrə minimal aylıq komissiya ödənişlərindən iki ay müddətinə azad olunub.
ASB Bank SMS xəbərdarlıq xidmətini ödənişsiz olaraq müştərilərinə təqdim edir. Bundan əlavə, Extra, Super Extra və Prestij kredit kart sahibləri borclarının ödənmə vaxtı heç bir faiz olmadan 20 aprelədək uzadılıb.
Expressbank bu çətin günlərdə tənha yaşayan yaşlılar da Expressbankın diqqətindən yayınmayıb. Bank bu şəxslərə ərzaq yardımı edərək onları tək qoymayıb.
Muğanbank həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətində məcburi köçkün və əlillik dərəcəsi olan şəxslər öz mikro bizneslərini qurmaları üçün lazım olan hər bir avadanlıqla təmin edib.
NBCBank Kiçik və Orta Biznes kredit müştərilərinə kredit üzrə peniya və cərimə faizlərinin hesablanmasını mayın 4-nə qədər dayandırır.
Yelo Bank (Nikoil Bank) bu çətin günlərdə Qubadlı rayonunda 150 tənha ahılı ziyarət edərək ərzaq və gigiyena məhsulları çatdırıb.
Evdeqal.net layihəsi Premium Bankın sponsorluğu ilə 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin olunmasına dəstək olaraq hazırlanıb.Bu layihə çərivəsində müraciətləri yerləşdirilmiş 65 yaşdan yuxarı tək yaşayanlara bank tərəfindən yardım edilib.
Rabitəbank marketlərdə alış-veriş edən, yemək sifariş verən müştərilərinə üçün çatdırılma zamanı 5% kəşbək qazandırır. Kartmane almaq istəyənlər üçün isə onlayn sifariş verdikdən sonra kart bank tərəfindən pulsuz çatdırılır.
Sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə TuranBank da öz növbəsində əlillik dərəcəsi olan 3 şəxsə fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətlərilə təmin olunmasında dəstək göstərib. Bundan əlavə TuranBank Kart sahibləri üçün isə bank mart, aprel və may aylarında istifadə müddəti bitən kartların vaxtını iyul ayınadək uzadıb. Korporativ müştərilər isə İnternet bankçılıq xidmətindən istifadə edərək əməliyyatları həyata keçirirlər.
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!