Karantin müddətində işsiz qalsanız belə ümidsizliyə qapılmayın və bilin ki, yeni iş tapmaq hələ də mümkündür. “Inc.ru” sosial izolyasiya dövründə karyeranızı inkişaf etdirmək üçün 5 tövsiyəni bölüşüb.
1. CV-siz heç cür mümkün deyil
Onlarla uğura imza atdığınız neçə illik iş təcrübəniz var, 5 hard skills və 5 soft skills sahibisiniz, bir neçə kursu bitirmək haqda sertifikata maliksiniz, maraqlı hobbiniz var. Çatışmayan yeganə şey işdir. Odur ki, köhnə CV-nizi yeniləməyin tam vaxtıdır. Vaxt itirməyin, kompüterin qarşısında oturun və əvvəlki iş yerinizdəki bütün uğurlarınızı, yeni bacarıqlarınızı, öhdəsindən gəldiyiniz çətinlikləri qeyd edin. CV-yə yeni məlumatlar əlavə edin, şəkli təzələyin. Şəkillərin içindən ən uyğun olanını seçin. Unutmayın, gözaltı etdiyiniz vakansiyanın vəzifə tələblərinə müvafiq CV yazın və həmin iş üçün lüzumsuz təfərrüatlarla doldurmayın.
Həmçinin oxu: “Microsoft” şirkəti CV yazmağın ideal qaydalarını izah edib
2. Portfolio yaradın.
Veb saytlar, şəkillər, mətnlər yaratmaq sahəsində ustasınızsa, onda 100% diqqətçəkən portfolionuz var. Üstəlik, məsələn, poliqrafiya ilə məşğul olmusunuzsa, qəzet üçün məqalələr yazmısınızsa və portfolionuz oflayn mövcud olubsa. Oflayn portfeli elektron formata keçirin (skan etmək, keyfiyyətli şəkillər çəkmək olar, internetdə işlərinizin şəkillərini tapa bilərsiniz — bütün üsullar məqbuldur). Portfoliosu onlayn şəkildə olanlar isə sadəcə açıb baxıb yeniləməli və təkmilləşdirməlidir.
3. Vaxtı uzatmayın.
Artıq super bir CV və super portfeliniz var. Niyə onları HR menecerlərinə göstərməyəsiniz ki? Ürəyinizcə olan, sizin bacarıq və qabiliyyətlərinizə müvafiq vakansiyaları tapmaq və dərhal CV göndərmək məqsədəuyğundur. Əmək bazarı bir az yavaşlasa da yaxşı işçilərə həmişə ehtiyac var.
4. Video-müsahibə? Əla!
Onlayn müsahibə qorxmalı və utanmalı məqam deyil. Bu format, əksinə, sizin üçün çox faydalı ola bilər. Sahib olduğunuz soft skills ilə HR mütəxəssislərin diqqətini çəkmək üçün çox gözəl fürsətdir. Məsələn, evdə olduğunuz zaman hobbiniz haqqında sadəcə danışmaq yerinə şedevrlərinizi, kitab şkafınızı və ya marka kolleksiyanızı göstərə bilərsiniz. Həmsöhbətiniz birinci dərəcəli mütəxəssis olmaqla yanaşı həm də maraqlı bir insan olduğunuzu düşünəcəkdir. Aşağıdakı məqalədə video-müsahibəyə yüksək səviyyədə hazırlaşmaq üçün tövsiyələr verilib.
Həmçinin oxu: Video-müsahibəyə necə hazırlaşmaq lazımdır?
5. Yalnız irəli
Məcburi özünütəcrid durğunluq dövrü kimi qəbul olunmamalıdır. İnkişaf etməyə davam edin. Daha əvvəl özünüinkişafa vaxt ayıra bilmirdinizsə, indi yeni-yeni bacarıqlar mənimsəyin və dərhal operativ şəkildə CV-nizə əlavə edin. Əvvəllər ödənişli olan, lakin indi bir çox onlayn kursu, seminarı, treninqi pulsuz təklif edən onlarla sayt mövcuddur. Özünüinkişaf üçün hər bir imkandan yararlanın. Unutmayın, daxili zəngin olan insanların darıxmağa sadəcə vaxtı olmur.
Həmçinin oxu: Müsahibədə hiyləgər sualları cavablandırmağın 4 asan yolu
Nigar Umaxanlı, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!